06 avqust 2024-cü il tarixdə Ağsu İdman Kompleksində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Ağsu rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə "İdman hamı üçün" layihəsi çərçivəsində üzgüçülük üzrə kütləvi idman tədbiri keçirildi.
Məşqçi-müəllim Nizami Quluzadənin rəhbərliyi ilə baş tutan tədbirdə iştirakçılara üzgüçülük idman növü ilə bağlı əsas anlayışlar izah olundu və daha sonra tədbir proqrama uyğun olaraq üzgüçülüyün praktiki icrası ilə davam etdi.
Tədbirin təşkilində məqsəd üzgüçülük idman növünə marağın artırılması və sağlam həyat tərzinin təbliği olmuşdur.
#AZEgənclər #AZEidman #birkimibirlikdə