Bugun.tv xəbər verir ki, Media Tədris Mərkəzi Milli Mətbuatımızın 149 illiyinə həsr olunan “Media və Gənclər” mövzusunda tədbir təşkil edib. Binəqədi Gənclər Evində keçirilən mərasimin aparıcısı Media Tədris Mərkəzinin mətbuat xidmətinin rəhbəri Samirə Novruzova olub. O, iştirakçıları salamlayaraq, tədbiri açıq elan edib, qonaqlara söz verib.
Samirə Novruzova Media Tədris Mərkəzinin mətbuat katibi
Sonra Media Tədris Mərkəzinin təsisçisi və direktoru, Bugün TV Media Qurumunun rəhbəri, Nurlu Sabah Gənclərə Qayğı İctimai Birliyinin həmtəsisçisi Elnarə Dərziyeva çıxış edib. Jurnalistlərə peşə fəaliyyətində uğurlar diləyib.
Media Tədris Mərkəzinin direktoru, Əməkdar jurnalist Elnarə Dərziyeva
149 illik yaşı olan Milli Mətbuatımızın dünəni və bugününə nəzər salan Əməkdar jurnalist, hazırkı dövürdə sosial medianın həyatımızdakı roluna diqqət çəkib. Gəncləri texnologiyanın sürətli inkişafından düzgün bəhrələnməyə çağırıb.
Binəqədi Gənclər Evinin gəncləri
50-də artıq gəncin iştirak etdiyi tədbirdə tanınmış televiziyaçı, Nurlu Sabah Gənclərə Qayğı İctimai Birliyini həmtəsisçisi Minarə Murad “Milli Mətbuatımızın dünəni və bugünü”ndən,
Teleaparıcı, Nurlu Sabah Gənclərə Qayğı İctimai Birliyinin həmtəsisçisi Minarə Murad
teleaparıcı, Əməkdar jurnalist Mətanət Ağamirli “Gənclərin medianın inkişafındakı rolu”ndan,
Əməkdar jurnalist, teleaparıcı Mətanət Ağamirli
Mətbuat Şurasının üzvü, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Media qanunvericiliyi” haqqında,
Mətbuat Şurasının üzvü, Jurnalist Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli
sosioloq, araşdırmaçı jurnalist Elçin Bayramlı “Sosial media və gənclər”,
Sosioloq, araşdırmaçı jurnalist Elçin Bayramlı
Editor.az informasiya agentliyinin rəhbəri, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı “İnformasiya müharibəsində gənclərin rolu”ndan daha ətraflı danışıb.
İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı
Ümumilikdə, spikerlər jurnalistika sahəsi ilə maraqlanan gəncləri maarifləndirməyə, məlumatlandırmağa çalışıblar.
Tədbir iştirakçıları
Tədbirdə həmçinin dəvətli qonaqlar da çıxış edib. Odlar Yurdu Təşkilatının icraçı direktoru, motivator Nərmin Daşdəmirbəyli gələcəyin gənclərdən asılı olduğunu bildirib. İstənilən sahədə uğur qazanmaq üçün yorulmadan, israrla çalışmağın önəmli olduğunu vurğulayıb, gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.
Odlar Yurdu Təşkilatının icraçı direktoru Nərmin Daşdəmirbəyli
Digər motivator, təlimçi konsultant, 5 kitab müəllifi Arzu Qafarlı da çıxış edərək, “5İ Uğur düsturu” adlı kitabında yazdığı və gənclər üçün vacib olan məqamlara diqqət çəkib. 5İ – İnam, İstək, İnad, İnkişaf və İnnovasiya kimi xüsusiyyətlərlə irəliləməyi gənclərə tövsiyə edib.
Konsultant, yazıçı Arzu Qafarlı
Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova çıxış edərək, Milli Mətbuatın 149 illiyi münasibəti ilə media nümayəndələrini və jurnalistika sahəsinə marağı olan gəncləri təbrik edib, onlara uğurlar arzulayıb.
Binəqədi Gənclər Evinin direktoru Günel Həsənova
Sonra tədbir iştirakçıları, spikerlər və gənclər xatirə fotoları çəkdiriblər.
Xatirə fotosu
Müxbir: Aysel Azəri