veten informasiya agentliyi

“Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu”nun iştirakçıları öz təəssüratlarını bölüşüblər

Tarix:2-07-2024, 08:30
Baxış Sayı:33

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Almaniya Azərbaycanlıları Alyansının təşkilatçılığı və Azərbaycanın Almaniyadakı Səfirliyinin iştirakı ilə Almaniyanın Berlin şəhərində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən “Avropada Yaşayan Azərbaycanlı Mühəndislərin Forumu” iştirakçılarda böyük təəssüratlar yaradıb. Forum iştirakçıları – MUST Analytics GmbH şirkətinin rəhbəri Mirxəqan Mustafazadə, Appsfactory GmbH-da aparıcı mühəndis proqramçı və komanda rəhbəri Elçin İsmayılov, Swiss Alternative Financing AG-nin təsisçisi və baş direktoru, Azərbaycan şöbəsinin rəhbəri, İsveçrə-Şərqi Avropa, Mərkəzi Asiya, Cənubi Qafqaz Birgə Ticarət Palatalarının İdarə Heyətinin üzvü, İsveçrə Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru Leyla Bağırzadə, “Alterric Deutschland GmbH” şirkətində istismar dövründə olan külək stansiyalarının texniki meneceri, “AGA Renewable Energy Solutions” firmasında alternativ enerji layihə meneceri, “VASW/ATEİB” - Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyinin idarə heyətinin sədri Nurlan Rəhimli, MSEnergy GmbH şirkətinin rəhbəri Paşa Nağıyev və Almaniyada Azərbaycanlı Tələbələr və Elmi İşçilər Birliyi tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinə və Almaniya Azərbaycanlıları Alyansına ünvanlanan məktublarda bildirilib ki, görüşdə nəinki Almaniyada yaşayan azərbaycanlı mühəndislərlə, eyni zamanda İngiltərədən, İsveçdən, İsveçrədən, Çexiyadan və digər Avropa ölkələrində yaşayan azərbaycanlı mühəndislər ilə tanış olunub və fikir mübadiləsi aparılıb.
Avropanın ən qabaqcıl elm və təhsil müəssisələrinin məzunu olan forum iştirakçıları orada qazandıqları iş təcrübəsi ilə ölkəmizdə gənc mühəndislərinin yetişdirilməsinə və bu sahənin daha da inkişaf etdirilməsinə öz töhfələrini verirlər. İştirakçılar dünyanın aparıcı texnoloji mərkəzlərində çalışan azərbaycanlıların ölkəmizə təcrübə mübadiləsinə, tədqiqatlara dəvət olunmasının, onların yaratdıqları şirkətlərinin rezident kimi cəlb edilməsinin əhəmiyyətini vurğulayıblar.
Bu kimi tədbirlərin həm onların xaricdə diaspor fəaliyyətini davam etdirməsinə, həm də Azərbaycanın dünya miqyasında tanınmasına faydalı olacağını söyləyən Forum iştirakçıları tədbirin təşkilinə görə Diasporla İş üzrə Dövlət Komitəsi, Almaniya Azərbaycanlıları Alyansı və Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinə öz dərin təşəkkürlərini bildiriblər.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
“Azestetik Group” Milli Mətbuat günündə jurnalistlərlə görüş keçirdi
“Azestetik Group” Milli Mətbuat günündə jurnalistlərlə görüş keçirdi
Milli mətbuatımız inkişaf dövrünü yaşayır
Milli mətbuatımız inkişaf dövrünü yaşayır
Media Tədris Mərkəzi “Media və Gənclər” mövzusunda tədbir keçirdi
Media Tədris Mərkəzi “Media və Gənclər” mövzusunda tədbir keçirdi
Novruzəli Aslanov: “Azərbaycan əməkdaşlıq etdiyi bütün sahələrdə özünü etibarlı tərəfdaş kimi təsdiqləyib”
Novruzəli Aslanov: “Azərbaycan əməkdaşlıq etdiyi bütün sahələrdə özünü etibarlı tərəfdaş kimi təsdiqləyib”