Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində tədbirlər davamlı olaraq həyata keçirilir.
İyunun 20-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 2 avtomat silahı, 2 tapança, 3 patron darağı və 15 ədəd patron aşkar edilərək götürülüb.