veten informasiya agentliyi

“Böyük Qayıdış” Gənclər Təşkilatı Müstəqillik Günü ilə əlaqədar silsilə tədbirlər həyata keçirib

Tarix:28-05-2024, 17:00
Baxış Sayı:42

“Böyük Qayıdış” Gənclər Təşkilatı 28 May - Müstəqillik Günü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirib. Həyata keçirilən tədbirlər gənclərdə vətənpərvərlik ruhunun yüksəldilməsi, onların Azərbaycanın dövlətçilik ənənələri, milli şüurun formalaşması və müstəqillik tarixi haqqında məlumatlandırılması məqsədilə təşkil olunub.
Təşkilatın idarə heyətinin üzvlərinin, Vətən müharibəsi qazilərinin və üzv gənclərin iştirakı ilə Fəxri xiyabanda müasir Azərbaycan Respublikasının memarı ulu öndər Heydər Əliyevin məzarı ziyarət edilib. Daha sonra gənclər Vətən uğrunda canından keçən qəhrəmanlarımızı yad etmək üçün Şəhidlər xiyabanını, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış “İstiqlal abidəsi”ni və “Türk Şəhidliyi” abidəsini ziyarət ediblər.
Silsilə tədbirlər çərçivəsində Azərbaycan İstiqlal Muzeyinə ekskursiya təşkil olunub. Ekskursiya zamanı gənclər tarixin müxtəlif mərhələlərində Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizəsini, müstəqillik tarixini özündə əks etdirən eksponatlarla, nadir arxiv sənədlərlə, fotoşəkillər və numizmatik kolleksiyalarla yaxından tanış olub, muzeyin 6 zalında nümayiş olunan Azərbaycanın istiqlaliyyət tarixinin görkəmli şəxsiyyətlərinin həyatlarını əks etdirən foto və sənədlər haqqında ətraflı məlumat alıblar.
Tədbirlər proqramına uyğun olaraq Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin, Gənclər Fondunun və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən işğaldan azad olunmuş Füzuli şəhərində Füzuli könüllülərinin, orada məskunlaşan yeniyetmə və gənclərin iştirakı ilə “Kod-Qarabağ” məntiqi-intellektual komanda oyunu həyata keçirilib. İntellektual oyunun keçirilməsində əsas məqsəd Qarabağı, işğaldan azad olunmuş əraziləri gənclərə daha yaxından tanıtmaq, şanlı Zəfər tariximizi onlar arasında təbliğ etmək və Füzuli şəhərində məskunlaşan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması olub. Könüllülərin də iştirakı ilə ümumilikdə 60 nəfər yeniyetmə və gəncin 10 komanda şəklində qatıldığı oyunda iştirakçılara Qarabağ, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə, həmçinin “Azərbaycan Xalq Cümhuriyyəti” mövzularında şifrəli suallar təqdim olunub. Üç mərhələdən ibarət oyunda ən çox suala düzgün cavab verən “İstiqlal” komandası gərgin keçən mübarizənin qalibi olub. “Horadiz” və “Xarıbülbül” komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Qaliblər mükafatlandırılıb, onlara sertifikat və hədiyyələr təqdim olunub.
Müstəqillik Gününə həsr olunan silsilə tədbirlər çərçivəsində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə Milli Azərbaycan Tarixi muzeyində “Müstəqillimiyiz əbədidir” adlı tədbir baş tutub. Gənclər təşkilatlarının rəhbər və nümayəndələrinin, üzv gənclərin iştirak etdiyi tədbirdə muzeyin elmi işlər üzrə direktor müavini, tarix üzrə elmlər doktoru Fərhad Cabbarov, Azərbacan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor, deputat Musa Qasımlı, Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Qədir Xəlilov, Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadə, “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov və “Çapar” dərgisinin təsisçisi Yusif İlhamoğlu çıxış edərək Azərbaycan Cümhuriyyəti dövründə baş vermiş çətin və mürəkkəb tarixi hadisələr, 1918-1920-ci ilin əvvəlində ölkə iqtisadiyyatı, mədəniyyəti, təhsilin inkişafı, ordu quruculuğu, xarici və daxili siyasəti barədə ətraflı məlumat veriblər. Xüsusi qeyd olunub ki, Ulu Öndər yolunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasət nəticəsində bu il Azərbaycan xalqı tarixində ilk dəfə ərazi bütövlüyü, suverenliyi təmin olunmuş ölkənin nümayəndələri kimi Müstəqillik Gününü əsl bayram əhval ruhiyəsi ilə qeyd edir. Regionda baş verən bütün siyasi, iqtisadi proseslər də göstərir ki, qalib, qüdrətli dövlət olan Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir, sarsılmazdır.
Sonda tədbir iştirakçıları muzeyin yeni ekspozisiyasının Azərbaycan Cümhuriyyəti dövrünə həsr olunmuş zalında nümayiş olunan eksponatlarla tanış olublar.

Ölkəyə qaçaqmalçılıq yolu ilə 60 kiloqram marixuana gətirən daha 3 narkokuryer saxlanılıb
Ölkəyə qaçaqmalçılıq yolu ilə 60 kiloqram marixuana gətirən daha 3 narkokuryer saxlanılıb
DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətuat Xidmətindən verilən məlumata görə
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT