veten informasiya agentliyi

“Şəhid Rəsulov Teymur Yavuz oğlunun xatirəsi”nə həsr olunmuş yeniyetmə oğlan və qızlar arasında stolüstü tennis üzrə rayon turniri keçirilib

Tarix:18-03-2024, 23:46
Baxış Sayı:50

16 mart 2024-cü il tarixində Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin Qobustan rayonu üzrə gənclər və idman sektorunun təşkilatçılığı ilə Qobustan İdman Kompleksində “Şəhid Rəsulov Teymur Yavuz oğlunun xatirəsi”nə həsr olunmuş yeniyetmə oğlan və qızlar arasında stolüstü tennis üzrə rayon turniri keçirilib.
Yarışda yerli idmançılarla yanaşı Qaradağ rayonunun da stolüstü tennisçiləri qələbə uğrunda mübarizə aparıblar.
Yarışın keçirilməsində əsas məqsədi Vətən müharibəsi Şəhidi Teymur Rəsulovun əziz xatirəsinin yad olunması, tennis idman növünün uşaq və yeniyetmələr arasında kütləviliyinin artırılması, təlim-məşq proseslərinin təkmilləşdirilməsi, idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və respublika miqyaslı yarışlarda iştirak edəcək idmançıların aşkar olunmasıdır.
Turnir açıq elan olunduqdan sonra Azərbaycan Dövlət Himni səsləndirilib. Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
3 yaş qrupu üzrə keçirilmiş yarışda Qobustan və Qaradağ rayonlarından 40 idmançı iştirak etmişdir. 2009-2010-cu il təvəllüdlü oğlanlar arasında Qasımov Ramal 1-ci, Aslanov Zahid 2-ci, Qaradağ idmançısı Qədirzadə Əli 3-cü yerə layiq görülüb. 2011-2012-ci il təvəllüdlü oğlanların mübarizəsində isə Mamedov Məhəmməd Musayev Tural, Mədətov Əli və Heydərov Elnur fərqlənərək müvafiq olaraq 1–ci, Musazadə Hüseyn (Qaradağ) 2-ci, Qayıbov Səid 3-cü olmuşdur. 2013 və daha aşağı yaşlı oğlanların mübarizəsində Əsədov Raul (Qaradağ), Mədətov Əli və Musayev Tural müvafiq olaraq 1-3-cü yerləri tutublar.
Qızların mübarizəsində Qaradağ idmançıları Sunçeleyeva Dinarə 1-ci, Musayeva Xədicə 2-ci, Həsənbəyova Rəfiqə isə 3-cü yeri qazanıblar.
Fiziki məhdudiyyətli idmançıların mübarizəsində də Qaradağ stolüstü tenniçiləri fərqlənmişlər. Yusibov İbrahim qalib gəlmiş, komanda yoldaşları Xanquliyeva Marusa və Əliyev Kənan müvafiq olaraq 2-ci və 3-cü yeri qazanıblar.
Qalib və mükafatçılara Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin və Qobustan İdman Kompleksinin kubok, diplom və medalları təqdim olunub.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib

Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə

Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar

Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib

Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb