veten informasiya agentliyi

İlham Əliyev: "Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir"

Tarix:11-10-2023, 11:28
Baxış Sayı:107

İlham Əliyev: "Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir"


Dünyanın ən sürətli inkişaf edən ölkələrindən biri kimi xarakterizə edilən Azərbaycanda sosial-iqtisadi sahədə qazanılan nailiyyətlər beynəlxalq miqyasda da yaxından izlənməkdə, diqqətlə öyrənilməkdədir. Bu sahədə araşdırma aparan təşkilatların, ekspertlərin yekun qənaəti belədir ki, Azərbaycan iqtisadi sferada uğurlarla zəngin bir yolda irəliləyir və artıq özünəməxsus cəhətləri olan inkişaf modelinin əsasını qoyub. Qeyd edilənlərin məntiqi nəticəsidir ki, son bir neçə ildə Azərbaycan ümumi daxili məhsulun artım dinamikasına görə, dünya dövlətlərinin lideri statusunu daşıyır. Bunun önəmli səbəblərindən biri də Azərbaycan iqtisadiyyatının inkişafının təkcə enerji sektoru üzərində köklənməyərək, digər mühüm sferaları da əhatə etməsidir.
İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun ümumi daxili məhsul istehsalında xüsusi çəkisinin artması, sahibkarlara yüksək dövlət qayğısı, regionların proporsional inkişafı, aparılan səmərəli islahatlar və bu qəbildən olan digər amillər Azərbaycanda qazanılan uğurların miqyasının genişlənməsinə mühüm töhfələr verir. Bununla yanaşı, iqtisadiyyatda qabaqcıl texnologiyaların tətbiqi, yüksək ixtisaslı kadr hazırlığına yetirilən diqqət, enerji resurslarından digər sahələrin inkişafı üçün istifadə olunması Azərbaycanın qarşıdakı dövr ərzində də sosial-iqtisadi tərəqqidə yeni möhtəşəm nailiyyətlərə imza atacağından xəbər verir. Bu, həm də Azərbaycanın iqtisadi siyasətinin nə dərəcədə dövrün tələblərinə cavab verməsinin bariz göstəricisidir. Azərbaycanın iqtisadi inkişafını səciyyələndirərkən Prezident İlham Əliyev demişdir: "Bizim iqtisadi inkişafımız təkcə bir sektorun inkişafına bağlı deyil. Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək. Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmalıdır, peşəkar kadrlar hazırlanmalıdır. Ölkəmiz uğurla inkişaf etməkdə davam edəcəkdir. Bizim təbii resurslarımız var, iqtisadi siyasətimiz var və bu, uğurlu siyasətdir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan işlərə çox yüksək qiymət verir. Yəni bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə, biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcəyik".
İqtisadi sahədə qazanılan uğurlar əhalinin maddi-rifah halının yüksəlməsində, həyat tərzinin yaxşılaşmasında, yeni, modern sosial infrastrukturun yaradılmasında da özünü qabarıq büruzə verir. Bunun nəticəsidir ki, Azərbaycan həm də yaşayış üçün dünyanın ən yaxşı ölkələri sırasında yer alır, dünya miqyasında da etiraf edilir və aparılan araşdırmaların nəticəsində öz əksini tapır. Bu mənada, ABŞ-ın məşhur "Newsweek" ictimai-siyasi jurnalı tərəfindən ötən il tərtib edilən "Dünyanın ən yaxşı 100 ölkəsi" ilə bağlı reytinq cədvəlində Azərbaycanın da adının yer alması tamamilə təbii qarşılanmalıdır. Məlumat üçün bildirək ki, jurnal 100 ölkəni 5 kateqoriya - səhiyyə, iqtisadi inkişafın dinamikası, təhsil, siyasi sabitlik və həyat səviyyəsi üzrə müqayisə edib. Azərbaycan ən yüksək qiyməti iqtisadi inkişafın dinamikasına görə alıb. Ancaq o da faktdır ki, ölkəmizdə sarsılmaz siyasi sabitlik mövcuddur. Təhsilin, səhiyyənin, elmin səviyyəsi isə sürətlə yüksəlməkdə, sözügedən sahələrin dünya standartları səviyyəsinə gətirilməsi üçün müvafiq addımlar atılmaqdadır.
İqtisadi inkişafa gəlincə, bundan əvvəl müxtəlif təşkilat və institutlar, ekspertlər tərəfindən açıqlanan hesabatlarda, proqnozlarda da Azərbaycan daim yüksək səviyyədə qiymətləndirilib. Məsələn, cari ilin əvvəllərində dünyanın nüfuzlu nəşrlərindən hesab edilən "İnternational Living" jurnalı ölkələrin 2009-cu il üçün kateqoriyalar üzrə reytinq göstəricilərinə dair hesabatda Azərbaycanın MDB və region ölkələri arasında ən güclü iqtisadiyyata malik olduğunu bildirib.
Xatırladaq ki, jurnalın həyat səviyyəsi, mədəniyyət, iqtisadiyyat, ekologiya, səhiyyə, infrastruktur, ictimai təhlükəsizlik və iqlim sahələri üzrə apardığı araşdırmalar 194 ölkəni əhatə edib və bu sahələr üzrə hər bir ölkə 100 ballıq sistemlə qiymətləndirilib. Jurnalın açıqladığı reytinq göstəricisində Azərbaycan iqtisadiyyat kateqoriyası üzrə 42 bala layiq görülüb. Bu, MDB və region ölkələri arasında iqtisadiyyat sahəsi üzrə ən yüksək nəticə hesab edilir.
Diqqəti cəlb edən daha bir fakt ondan ibarətdir ki, "İnternational Living"in hesablamaları göstərir ki, Azərbaycan iqtisadi göstəricilərinə görə təkcə MDB və region ölkələrindən deyil, həmçinin, inkişaf etmiş və inkişaf etməkdə olan bəzi dövlətlərdən də irəlidədir. Həmçinin, iqtisadi tərəqqisinə görə Azərbaycan artıq inkişaf etmiş ölkələrlə daha çox müqayisə edilir. Məsələn, "İnternational Living" jurnalının açıqladığı reytinq göstəricisində dünyanın inkişaf etmiş ölkələrindən olan İspaniyanın iqtisadi göstəriciləri Azərbaycanla eyni səviyyədə qiymətləndirilib.
Dünyanın ən böyük təşkilatı olan BMT-nin "Dünyanın iqtisadi vəziyyəti və perspektivlər 2010" adlı hesabatında Azərbaycanın 2009-cu ildə yüksək iqtisadi artım nümayiş etdirdiyi, cari il ərzində də bu artım tempinin qorunub saxlanacağı bildirilir. Azərbaycan iqtisadiyyatının qazandığı uğurlara təkcə BMT yox, dünyanın digər nüfuzlu qurumları, araşdırma institutları, nəşrləri səviyyəsində də xüsusi diqqət yetirilir, ölkəmizin bu kateqoriya üzrə postsovet məkanında lider mövqedən çıxış etdiyi vurğulanır.
Bəzi nüfuzlu beynəlxalq qurumların araşdırmalarından və dərc etdikləri hesabatlardan o da aydın olur ki, əslində, iqtisadi inkişaf göstriciləri ilə yanaşı, islahatlar tempinə görə də Azərbaycan dünya miqyasında öndə gedən dövlətlər sırasında yer alır. Məsələn, Dünya İqtisadi Forumunun "Qlobal Rəqabət Hesabatı 2009-2010" adlı sənəddə bildirilir ki, qlobal rəqabətlilik indeksi baxımından Azərbaycan MDB-nin lider dövləti mövqeyindədir. Azərbaycanın belə yüksək göstəriciyə nail olmasını şərtləndirən amillər sırasında ilk olaraq ölkəmizdə mövcud olan güclü makroiqtisadi sabitlik və bu sahədə daim edilən islahatlar mühüm rol oynayıb. Bundan əvvəl isə Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası dünyanın 183 ölkəsində biznes qurulması şəraiti ilə bağlı "Doing Business-2010" adlı hesabatında bəyan edib ki, biznes sahəsində həyata keçirilən son islahatlar sayəsində Azərbaycan iş prosesinin gerçəkləndirilməsi üçün çox əlverişli mühit yaradıb. Ötən il açıqlanan yeni hesabatda isə bildirilib ki, sahibkarlıq fəaliyyətinin rahatlığı və əlverişliliyi baxımından Azərbaycan yenə də bir çox MDB dövlətlərini qabaqlayır.
Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın sosial-iqtisadi sahədə nümayiş etdirdiyi dinamik inkişaf tempinə beynəlxalq maraq böyükdür. Dünyanın nüfuzlu beynəlxalq qurumlarının, araşdırma mərkəzlərinin, nəşrlərinin və ekspertlərinin ümumi rəyindən isə belə aydın olur ki, Azərbaycan bundan sonra da iqtisadi sferada sürətli inkişaf tempini qoruyub saxlayacaq.

İlham Əliyev: "Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir"


Aytən Musayeva,
həkim kardioloq

VI sinif şagirdlərinə sınaq məqsədilə monitorinq təşkil olunub
VI sinif şagirdlərinə sınaq məqsədilə monitorinq təşkil olunub
Birinci sinfə qəbulla bağlı 23 alternativ qeydiyyat mərkəzi yaradılıb
Birinci sinfə qəbulla bağlı 23 alternativ qeydiyyat mərkəzi yaradılıb
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib
“Qərbi Azərbaycana qayıdış” olimpiadasının rayon (şəhər) mərhələsi keçirilib
“Füzuli dünyası” adlı intellektual bilik yarışı təşkil olunub
“Füzuli dünyası” adlı intellektual bilik yarışı təşkil olunub
Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir
Vətəndaş qəbulu mexanizmlərinin qurulması və təkmilləşdirilməsi əsas hədəflərimizdəndir
51 məktəbli Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına vəsiqə qazanıb
51 məktəbli Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin finalına vəsiqə qazanıb
"Korrupsiyadan azad mühit və şəffaflıq" mövzusunda maarifləndirici seminar keçirilib
İsmayıllıda akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub
İsmayıllıda akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunub