veten informasiya agentliyi

Polis əməkdaşlarının Ağcabədi rayonunda son iki ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlər zamanı 39 şübhəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

Tarix:19-09-2023, 09:52
Baxış Sayı:15

Polis əməkdaşlarının Ağcabədi rayonunda son iki ay ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlər zamanı 39 şübhəli şəxs cinayət məsuliyyətinə cəlb edilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsində şübhəli bilinən Hindarx qəsəbə sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Malik Allahverdiyev saxlanılıb. Onun Hindarx qəsəbə ərazisindəki yaşadığı ünvanda aparılan axtarış zamanı 3 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb. Saxlanılan şəxs ilkin dindirilmə zamanı həmin narkotik vasitəni əldə etmək üçün bir müddət əvvəl özünəməxsus əkin sahəsində çətənə bitkisinin kultivasiyasını təşkil etdiyini bildirib. Onun bu əməlləri polis əməkdaşları tərəfindən ifşa olunub və barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Bundan əlavə Ağcabədi rayonunda son iki ay ərzində narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən mütəmadi tədbirlər nəticəsində daha 38 şübhəli şəxs müəyyən edilib. Həmin şəxslərin hər biri barəsində cinayət işi başlanılaraq müvafiq qaydada baxılması üçün rayon məhkəməsinə göndərilib. Əməliyyatlar zamanı ümumilikdə 15 kiloqrama yaxın metamfetamin, heroin və marixuana kimi narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması təmin olunub.

Bu istiqamətdə tədbirlər polis əməkdaşları tərəfindən qətiyyətlə davam etdirilir.

"27 Sentyabr-Anım Günü" münasibətilə mini-futbol üzrə yeniyetmələr arasında rayon turniri
Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin vaxtı açıqlanıb
Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin vaxtı açıqlanıb
Mingəçevirdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi keçirilir
Mingəçevirdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi keçirilir
Kürdəmirdə “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-seminar
Kürdəmirdə “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-seminar
“Kənd təsərrüfatı haqqında” Qanun layihəsinin heyvandarlığa həsr edilən maddələri başda olmaqla müzakirəsi baş tutub
“Kənd təsərrüfatı haqqında” Qanun layihəsinin heyvandarlığa həsr edilən maddələri başda olmaqla müzakirəsi baş tutub
Türkiyə Müdafiə Sənayesi Başqanlığının müşaviri AzTU-da olub
Türkiyə Müdafiə Sənayesi Başqanlığının müşaviri AzTU-da olub
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov İsmayıllıda vətəndaşları qəbul edəcək
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov İsmayıllıda vətəndaşları qəbul edəcək
Yanvar-avqust aylarında 111,9 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb
Yanvar-avqust aylarında 111,9 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb