veten informasiya agentliyi

Balakəndə narkotiklərin satışı ilə məşğul olan qonşular saxlanılıb

Tarix:18-09-2023, 11:56
Baxış Sayı:8

Balakəndə narkotiklərin satışı ilə məşğul olan qonşular saxlanılıb
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı rayon sakinləri, əvvəllər də məhkum olunmuş Harun Layıcov, Zaur İslamov və Məhəmməd Cəyiyev şübhəli şəxs qismində saxlanılıblar. Şəxsi axtarış zamanı onlardan qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Araşdırma zamanı H.Layıcovun üzərindən aşkarlanan narkotik vasitəni Zaur İslamovdan, sonuncunun isə Məhəmməd Cəyiyevdən 200 manata aldığı və hissələrə bölərək ayrı-ayrı vaxtlarda ümumilikdə 400 manata satdığı müəyyən edilib.
Davam etdirilən tədbirlərlə M.Cəyiyevin yaşadığı ünvana da baxış keçirilib və oradan satış məqsədilə hazırladığı ümumilikdə 1 kiloqramdan marixuana aşkar olunaraq götürülüb. O, ifadəsində həmin narkotik vasitəni çöllük ərazidə becərdiyi çətənə bitkilərindən əldə etdiyini bildirib.
Faktlarla bağlı cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

"27 Sentyabr-Anım Günü" münasibətilə mini-futbol üzrə yeniyetmələr arasında rayon turniri
Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin vaxtı açıqlanıb
Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin vaxtı açıqlanıb
Mingəçevirdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi keçirilir
Mingəçevirdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi keçirilir
Kürdəmirdə “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-seminar
Kürdəmirdə “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-seminar
“Kənd təsərrüfatı haqqında” Qanun layihəsinin heyvandarlığa həsr edilən maddələri başda olmaqla müzakirəsi baş tutub
“Kənd təsərrüfatı haqqında” Qanun layihəsinin heyvandarlığa həsr edilən maddələri başda olmaqla müzakirəsi baş tutub
Türkiyə Müdafiə Sənayesi Başqanlığının müşaviri AzTU-da olub
Türkiyə Müdafiə Sənayesi Başqanlığının müşaviri AzTU-da olub
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov İsmayıllıda vətəndaşları qəbul edəcək
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov İsmayıllıda vətəndaşları qəbul edəcək
Yanvar-avqust aylarında 111,9 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb
Yanvar-avqust aylarında 111,9 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb