Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində əvvəllər məhkum olunmuşlar - Göyçay rayon sakini Yadigar Rəhimov və Neftçala rayon sakini Şəhriyar Bayramov saxlanılıblar. Şəxsi axtarış zamanı Y.Rəhimovdan 1 kiloqram 23 qramdan artıq heroin aşkar olunaraq götürülüb.