veten informasiya agentliyi

Masallı Rayon Polis Şöbəsində “Ümummilli lider Heydər Əliyev – tarix yaradan şəxsiyyət” mövzusunda tədbir təşkil olunub

Tarix:3-05-2023, 17:00
Baxış Sayı:115

Masallı Rayon Polis Şöbəsində “Ümummilli lider Heydər Əliyev – tarix yaradan şəxsiyyət” mövzusunda tədbir təşkil olunub
Masallı Rayon Polis Şöbəsində “Ümummilli lider Heydər Əliyev – tarix yaradan şəxsiyyət” mövzusunda tədbir təşkil olunub
Əvvəlcə tədbir iştirakçıları Ulu öndərin abidəsini ziyarət edib, önünə tər güllər düzüblər. Çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azay Ağayev öz həyatını doğma xalqına həsr edən Ümummili lider Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən, onun siyasi təcrübəsi və uzaqgörənliyi sayəsində ölkəmizin beynəlxalq müstəvidə qazandığı uğurlardan, daxildə əldə olunan ictimai-siyasi sabitlikdən söz açıb. Çıxışlarda qeyd olunub ki, müstəqil Azərbaycanın qurucusu və memarı olan Ulu öndərin həyat və fəaliyyətinin öyrənilməsi həm müasir Azərbaycanın müstəqillik və inkişaf tarixinin tədqiqi, həm də əsl liderlik xüsusiyyətlərinin, vətən-millət sevgisinin gələcək nəsillərə çatdırılması baxımından ən gözəl nümunədir. Bu baxımdan Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi çox mühüm addımdır. Tədbirdə həmçinin Azərbaycan daxili işlər orqanlarının milli təməllər üzərində formalaşmasında və inkişafında Heydər Əliyevin danılmaz rolu diqqətə çatdırılıb və qeyd olunub ki, bu gün ölkəmizin əmin-amanlığın yüksək səviyyədə qorunması, asayişin təmin olunması və cinayətkarlıqla mübarizədə yüksək nəticələrin əldə olunması sahəsində öncül mövqelərdə olması da məhz ulu öndərin titanik fəaliyyətinin nəticəsidir.

Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Oğurluq
Oğurluq