veten informasiya agentliyi

Cenevrədəki müsabiqədə uğur qazanan iki sosial layihəmizlə bağlı “Çempion layihə” mükafatları təqdim edilib

Tarix:17-03-2023, 22:09
Baxış Sayı:23

Cenevrədəki müsabiqədə uğur qazanan iki sosial layihəmizlə bağlı  “Çempion layihə” mükafatları təqdim edilib

“İnformasiya Cəmiyyəti üzrə Ümumdünya Sammiti – 2023” çərçivəsində keçirilən müsabiqənin (Cenevrə) “Çempion layihə”ləri seçilən İKT layihələri üzrə mükafatların təqdimetmə mərasimi keçirilib.

Müsabiqədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iki innovativ sosial layihəsi – e-sosial.az portalı və “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) də uğur qazanaraq “Çempion layihə”lər elan olunub.

Mərasimdə hər iki mükafat Nazirliyin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkpərova təqdim edilib.

Xatırladaq ki, BMT-nin İKT üzrə ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının keçirdiyi müsabiqədə müxtəlif ölkələrdən 18 kateqoriya üzrə 900 layihə iştirak edib.

E-sosial.az internet portalı 2019-cu ildə istifadəyə verilib və ölkənin sosial reyestri olmaqla, vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara real vaxt rejimində çıxış və sosial-əmək hüquqlarının təminatına nəzarət imkanı verir.

2022-ci ilin may ayında istifadəyə verilən ƏMAS isə əmək münasibətləri zamanı kağız üzərində aparılan bütün əməliyyatların rəqəmsal müstəviyə keçidini, əmək və məşğulluq sahəsində xidmətlərin çevikliyini, şəffaflığını və səmərəliliyini təmin edən vahid əmək münasibətləri platformasıdır.

*DİN-in mətbuat xidmətindən verilən məlumata görə,*
*DİN-in mətbuat xidmətindən verilən məlumata görə,*
Mingəçevirdə üzərində “Makarov” gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutulub
Mingəçevirdə üzərində “Makarov” gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutulub
DIN hesabat
DIN hesabat
“Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması heç kimdə şübhə doğurmur”
“Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması heç kimdə şübhə doğurmur”
Martın 30-da Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov növbəti dəfə vətəndaşları qəbul edib.
Martın 30-da Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov növbəti dəfə vətəndaşları qəbul edib.
İsmayıllı rayonunda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib
İsmayıllı rayonunda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ətraf mühitin qorunması ilə bağlı əhaliyə
DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ətraf mühitin qorunması ilə bağlı əhaliyə
Şirvanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri
Şirvanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri