veten informasiya agentliyi

Qusarda müharibə veteranının atası və müharibə veteranı üçün yaradılmış təsərrüfatlara baxış keçirilib

Tarix:24-02-2023, 21:57
Baxış Sayı:29

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Qusar rayon İcra Hakimiyyətinin başçısı Şair Alxasov özünüməşğulluq proqramı çərçivəsində Qusar rayonunda müharibə veteranının atası və müharibə veteranı üçün yaradılmış təsərrüfatlara baxış keçiriblər.

Rayon sakini Rahmanov Şair İzəddin oğlu 44 günlük Vətən müharibəsində şərəfli döyüş keçmiş və bu döyüşlərin birində yaralanmış İzəddin Rahmanovun atasıdır. Özünüməşğulluq proqramına cəlb olunan Ş.Rahmanov üçün istəyinə uyğun olaraq proqramın dəstəyi ilə aktivlər verilməklə dərzi sexi qurulub.

Digər rayon sakini olan müharibə veteranı Seyidov Nazim Səlimxan oğlu üçün isə özünüməşğulluq proqramı çərçivəsində avtomobil şinlərinin bərpası və təmiri xidmətləri sexi yaradılıb.

Onlar müharibə iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək tədbirlərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Hər iki proqram iştirakçısı özünüməşğulluq proqramının dəstəyi ilə onlar üçün qurulmuş bu kiçik biznes sahələrini daim inkişaf etdirməyə səy göstərdiklərini bildiriblər.

İkinci Qarabağ müharibəsindən sonra dövlət başçısının göstərişinə uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan genişmiqyaslı sosial dəstək paketi həmin kateqoriyalara aid 122 min şəxsi əhatə edərək onlara sosial dəstək yönümlü 269 min xidmət göstərilib.

Bu sosial dəstək paketi çərçivəsində şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarından ibarət 16,9 min şəxsin məşğulluğu da təmin edilib, o cümlədən 9,6 min şəxs üçün özünüməşğulluq proqramı üzrə kiçik təsərrüfatlar yaradılıb.

*DİN-in mətbuat xidmətindən verilən məlumata görə,*

Mingəçevirdə üzərində “Makarov” gəzdirən və orta məktəbdən oğurluq edən şəxslər tutulub

DIN hesabat
DIN hesabat
“Fazil Mustafaya qarşı hücumun arxasında İranın dayanması heç kimdə şübhə doğurmur”

Martın 30-da Qarabağ Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov növbəti dəfə vətəndaşları qəbul edib.

İsmayıllı rayonunda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans keçirilib

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin ətraf mühitin qorunması ilə bağlı əhaliyə

Şirvanda polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri