veten informasiya agentliyi

​ “Münaqişənin həllindən sonra Azərbaycan qadınları üçün də yeni dövr başlayıb”

Tarix:24-01-2023, 17:27
Baxış Sayı:25

​ “Münaqişənin həllindən sonra Azərbaycan qadınları üçün də yeni dövr başlayıb”

“Münaqişə ilə bağlı cinsi zorakılığın qarşısının alınması üçün gender bərabərsizliyinin və güc balanssızlığının aradan qaldırılması, habelə normativ dəyişikliklər zəruridir.” Milli Məclisin deputatı Könül Nurullayeva AŞPA-nın sessiyası çərçivəsində “Münaqişə ilə bağlı cinsi zorakılıq” mövzusunda çıxışı zamanı belə deyib. Onun sözlərinə görə, Azərbaycan uzun müddət işğala məruz qalan ölkə kimi silahlı münaqişənin bütün mənfi tərəflərini yaşayıb. Belə ki, Qarabağ müharibəsi zamanı minlərlə azərbaycanlı qadın müxtəlif cinsi zorakılıqdan əziyyət çəkib.​ ​
Deputat həmçinin Ermənistan baş nazirinin xanımının İrana səfərinə də toxunub. Bu məsələ ilə bağlı bir çox ziddiyyətli məqamlara diqqəti yönəldib. Bildirib ki, 30 il Azərbaycan ərazilərini işğal altında saxlayan, uşaq və qadınların qatili rolunda çıxış edən Ermənistanözünü demokratiya adası kimi təqdim etməyə çalışır. Amma burada da ziddiyyetli meqam Ermənistanın baş nazirinin xanımının bu günlərdə İrana səfəridir: “Qadınlara divan tutan rejimin cəmi 10 ölkənin birinci xanımının iştirak etdiyi təbliğat kampaniyasına qoşulmağa nə ad vermək olar? İranda keçirilən bu tədbirə qoşulmaq Ermənistanın demokratiya və insan hüquqları mövzularında Qərb dövlətlərinin kollektiv mövqeyilə ziddiyyət təşkil edir.”
Deputat eyni zamanda Azərbaycan hökumətinin Qarabağın yenidən qurulması üçün tələblərin siyahısını müəyyən edən milli fəaliyyət strategiyasını həyata keçirmək planlarına da toxunub.​
“Azərbaycan qadınları üçün yeni dövrün başlanğıcını təmsil edəcək strategiyanın əsas hissəsini həm də hüquqları pozulmuş qadınların azad olunmuş ərazilərə qaytarılması təşkil edir. Ona görə də Azərbaycan hökuməti bu mövzunun əhəmiyyətini anlayır və silahlı münaqişələrdə cinsi zorakılığın qarşısının alınması ilə bağlı bütün təşəbbüsləri dəstəkləyir”,- deyə deputat vurğulayıb.
K.Nurullayeva Azərbaycanda siyasi, iqtisadi və sosial sahələrdə gender bərabərliyinin vacibliyini vurğulamaq üçün bu sahədə beynəlxalq standartlara uyğun qanunvericilik bazasının hazırlandığını diqqətə çatdırıb.​
Nümunə olaraq, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanununu qeyd edib.
İlkin olaraq, risk altında olan qadınlar, uşaqlar və oğlanlar üçün daha qoruyucu qanunvericilik və siyasət bazası təmin etmək, kənd və ucqar əhaliyə xüsusi diqqət yetirməklə, cinsi təcavüz cinayətkarlarının cəzasızlığına son qoymaq üçün hökumətin səylərinin tam şəkildə həyata keçirilməsini tövsiyə edib. Millət vəkili bütün tərəfləri silahlı münaqişə zamanı baş verən cinsi zorakılığın qarşısının alınması və bu problemin həlli ilə bağlı öhdəlik götürməyə, cinsi və gender əsaslı zorakılığa məruz qalmış şəxslərə yardım çatdırmaq üçün humanitar xidmət təminatçılarının təhlükəsiz çıxışını təmin etməyin vacibliyini bildirib.
“Münaqişə ilə bağlı cinsi zorakılıq hallarını səmərəli şəkildə mühakimə etmək, kənd və sərhəd ərazilərində sağ qalanlar da daxil olmaqla, təzminat ödəmək imkanlarının təkmilləşdirilməsi olduqca vacibdir. Hesab edirəm ki, səslənən təkliflər ümumi cavab tədbirlərindəki mümkün boşluqları aradan qaldırmağa kömək edəcək”,- deyə K.Nurullayeva bildirib.

Novruz Aslanov növbəti qəbulunu keçirib
Novruz Aslanov növbəti qəbulunu keçirib
Hədə-qorxu ilə tələb etmə
Hədə-qorxu ilə tələb etmə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
Oğuzda bir nəfər ov zamanı xəsarət alıb
Oğuzda bir nəfər ov zamanı xəsarət alıb
DİN hesabat
DİN hesabat
Bakıda keçmiş məhkum “Makarov” markalı odlu silahla saxlanılıb
Bakıda keçmiş məhkum “Makarov”  markalı odlu silahla saxlanılıb
Polis əməkdaşları Hökməli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti dəfə əməliyyat keçirib daha 5 nəfər saxlanılıb
Polis əməkdaşları Hökməli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti dəfə əməliyyat keçirib daha 5 nəfər saxlanılıb
DİN hesabat
DİN hesabat