veten informasiya agentliyi

İstanbulda Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş konsert keçirilib

Tarix:22-11-2022, 11:39
Baxış Sayı:140

Türkiyənin İstanbul şəhərində görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun anadan olmasının 100 illiyinə həsr olunmuş konsert keçirilib.

Cemal Reşit Rey salonunda baş tutan konsertdə Azərbaycan bəstəkarlıq məktəbinin tanınmış nümayəndəsi, simfonik muğam janrının banisi, mədəni sərvətlər xəzinəmizə misilsiz töhfələr bəxş etmiş Fikrət Əmirovun “Kürd Ovşarı” simfonik muğamı, “Azərbaycan kapriççiosu”, fortepiano və simfonik orkestr üçün konserti, “Sevil” operasından Balaş və Sevilin ariyaları, “Azərbaycan elləri” mahnısı və digər əsərləri səsləndirilib.

Konsert proqramı Cemal Reşit Rey simfonik orkestri, azərbaycanlı pianoçu, beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə, vokal ifaçıları Mərziyə Hüseynova, Opera və Balet Teatrının solisti Atəş Qaranın ifasında təqdim edilib. Konserti tanınmış dirijor, Azərbaycanın əməkdar artisti Fuad İbrahimov idarə edib.

Böyük maraqla qarşılanan konserti həmvətənlərimizlə yanaşı, yerli sakinlər və dünyanın müxtəlif ölkələrindən xarici qonaqlar izləyiblər.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə