veten informasiya agentliyi

Əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı üzrə bu il 1700-ə yaxın şəxsə iş yerlərinə göndəriş verilib

Tarix:16-11-2022, 15:00
Baxış Sayı:19


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə həm işsiz şəxslərə, həm də işəgötürənlərə dəstəyin göstərilməsi davam edir.

2022-ci ilin ötən dövründə proqram üzrə 1700-ə yaxın işsiz şəxsə iş yerlərinə göndəriş verilib. Bu dövrdə proqramda iştirak üçün müraciət edən 193 işəgötürənlə əməkdaşlıq müqaviləsi imzalanıb.

Həmin işəgötürənlərin təqdim etdiyi vakansiyalar üzrə işlə təmin edilən şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

Ümumilikdə proqramın icra edildiyi 2 il ərzində 384 işəgötürənlə əməkdaşlığa başlanılıb, 3217 işsiz şəxsə iş yerlərinə göndəriş verilib.

Novruz Aslanov şəhid Cəmil Məmmədlinin xatirəsinə həsr edilən filmin təqdimatında iştirak edib
Novruz Aslanov şəhid Cəmil Məmmədlinin xatirəsinə həsr edilən filmin təqdimatında iştirak edib
Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti İlahiyyat İnstitutunda olub
Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti İlahiyyat İnstitutunda olub
Nazir İnam Kərimov Masallıda vətəndaşları qəbul edəcək
Nazir İnam Kərimov Masallıda vətəndaşları qəbul edəcək
SOCAR-ın Baş ofisində “Neft Daşları” qəzeti əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib
SOCAR-ın Baş ofisində “Neft Daşları” qəzeti əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib
QHT Agentliyinin dəstəyi ilə sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirmə tədbiri keçirilib
QHT Agentliyinin dəstəyi ilə sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirmə tədbiri keçirilib
Noyabr ayının müavinət, təqaüd, ünvanlı yardımları da ödənildi
Noyabr ayının müavinət, təqaüd, ünvanlı yardımları da ödənildi
AzTU-nun tələbəsi Avropa çempionu olub
AzTU-nun tələbəsi Avropa çempionu olub
Avstriyanın Lints şəhərində “Azərbaycandan dünyaya musiqi töhfəsi” layihəsi təqdim edilib
Avstriyanın Lints şəhərində “Azərbaycandan dünyaya musiqi töhfəsi” layihəsi təqdim edilib