veten informasiya agentliyi

Probasiya xidmətində qeydiyyatda olan yeniyetmələr peşə hazırlığı və uşaq hüquqları ilə bağlı məlumatlandırılıb

Tarix:11-11-2022, 18:39
Baxış Sayı:90

Probasiya xidmətində qeydiyyatda olan yeniyetmələr  peşə hazırlığı və uşaq hüquqları ilə bağlı məlumatlandırılıb





Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin, Ədliyyə Nazirliyinin nəzdində Bakı Şəhər Probasiya Xidmətinin dəstəyi və "Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü ilə “Uşaq Hüquqları Aylığı” çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə probasiya xidmətində qeydiyyatda olan, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilən elektron qolbağlı və sosial-psixoloji reabilitasiya fəaliyyətinə cəlb olunan uşaq və yeniyetmələr, eləcə də onların valideynləri iştirak edib. Onlara uşaq hüquqlarının müdafiəsi, uşaq, yeniyetmə və gənclərin inkişafının təmin edilməsi və peşə hazırlığının təşkili və əmək bazarına inteqrasiya barədə məlumatlar verilib.

Qeyd olunub ki, bu gün Dövlət Məşğulluq Agentliyi tərəfindən həm Agentliyin Peşə Hazırlığı Mərkəzlərində, həm də özəl tədris müəssisələrində əmək bazarının əsas istiqamətləri üzrə hazırlıq kursları təşkil olunur. Xüsusilə həssas qrupdan olan şəxslər peşə kurslarına cəlb olunaraq onların məşğulluğuna dəstək göstərilir.

Görüşdə, həmçinin sosial cəhətdən həssas qruplardan olan uşaq, yeniyetmə və gənclərin cəmiyyətə reinteqrasiyası ilə bağlı görülən işlər və imkanlardan danışılıb.



Novruz Aslanov növbəti qəbulunu keçirib
Novruz Aslanov növbəti qəbulunu keçirib
Hədə-qorxu ilə tələb etmə
Hədə-qorxu ilə tələb etmə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə,
Oğuzda bir nəfər ov zamanı xəsarət alıb
Oğuzda bir nəfər ov zamanı xəsarət alıb
DİN hesabat
DİN hesabat
Bakıda keçmiş məhkum “Makarov” markalı odlu silahla saxlanılıb
Bakıda keçmiş məhkum “Makarov”  markalı odlu silahla saxlanılıb
Polis əməkdaşları Hökməli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti dəfə əməliyyat keçirib daha 5 nəfər saxlanılıb
Polis əməkdaşları Hökməli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı növbəti dəfə əməliyyat keçirib daha 5 nəfər saxlanılıb
DİN hesabat
DİN hesabat