veten informasiya agentliyi

Brüsseldə Ermənistanın hərbi cinayətlərinə qarşı etiraz aksiyası keçirilib

Tarix:22-10-2022, 16:40
Baxış Sayı:229

Brüsseldə Ermənistanın hərbi cinayətlərinə qarşı etiraz aksiyası keçirilib
Brüsseldə Ermənistanın hərbi cinayətlərinə qarşı etiraz aksiyası keçirilib
Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahı önündə Ermənistanın müharibə cinayətlərinə birdəfəlik son qoyulması tələbi ilə dinc aksiya keçirilib.

Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə baş tutan aksiyada Ermənistanın hərbi cinayətlərinə, o cümlədən Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlığa, iki il öncə Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə qarşı törədilmiş raket hücumlarına diqqət cəlb edilib.

Aksiyada nümayiş etdirilən fotomateriallar “Azərbaycan bütün universal dəyərlərə hörmət edir!”, “Ermənistan silahlı qüvvələri təkcə Azərbaycan hərbi qulluqçularına qarşı deyil, həm də mülki vətəndaşlarımıza qarşı misli görünməmiş qırğınlar törədib”, “Çoxsaylı müharibə cinayətlərinə görə məsuliyyət daşıyan erməni silahlı qüvvələrinin qanun qarşısında cavab verməsini tələb edirik!”, “Beynəlxalq təşkilatları müharibə cinayətləri törədən erməniləri qınamağa çağırırıq!”, “Ermənistanın təcavüzünü dayandırın!” kimi şüar və çağırışlarla müşayiət olunub.

Qeyd edək ki, aksiyada Belçika Azərbaycanlıları Federasiyası, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Benilüks Azərbaycanlıları Konqresinin nümayəndələri, Belçika və Niderlandda yaşayan Azərbaycan icmasının fəalları iştirak ediblər. Aksiyada məqsəd oktyabrın 20-21-də Brüsseldə toplaşan Avropa İttifaqı ölkələrinin liderlərinin diqqətini Ermənistanın müharibə cinayətlərinə cəlb etmək olub.

Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Oğurluq
Oğurluq