veten informasiya agentliyi

Britaniyada azərbaycanlı həkimə “Moment of Magic” mükafatı təqdim edilib

Tarix:20-10-2022, 11:37
Baxış Sayı:199

Britaniyada azərbaycanlı həkimə “Moment of Magic” mükafatı təqdim edilib
Britaniyada azərbaycanlı həkimə “Moment of Magic” mükafatı təqdim edilib
Britaniyada azərbaycanlı həkimə “Moment of Magic” mükafatı təqdim edilib

Böyük Britaniyada yaşayan soydaşımız Fidan İsrafilbəyliyə Birmingem Qadın və Uşaq Hospitalının (BWC) “Moment of Magic” (“Möcüzə anı”) mükafatı təqdim olunub.

BWC-də məsləhətçi mama-ginekoloq vəzifəsində çalışan Fidan İsrafilbəyli bu mükafata BWC dəyərlərinin əsl təcəssümü olaraq layiq görülüb. Bu xəstəxana Böyük Britaniyada qadın və uşaqlara xidmət göstərən ən iri iki tibb müəssisəsindən biridir.

Qeyd edək ki, Fidan İsrafilbəyli Azərbaycan Tibb Universitetinin məzunudur. 2003-cü ildə Böyük Britaniyada bir sıra dil və tibb imtahanlarını müvəffəqiyyətlə verərək, diplomunu təsdiq edib və müxtəlif klinikalarda mama-ginekoloq vəzifəsində çalışıb. Bu səviyyəyə çatmaq üçün Böyük Britaniyanın müxtəlif klinikalarında 7 il ərzində çalışaraq biliklərini təkmilləşdirib. Nəticədə Böyük Britaniyanın Kral Kollecinin üzvü olan ilk azərbaycanlı olub. Bu, Böyük Britaniya mama-ginekoloqlarının ən nüfuzlu titullarından biridir.

Azərbaycanda başladığı elmi işi davam etdirən Fidan İsrafilbəyli əvvəlcə ölkəmizdə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsini, 2018-ci ildə isə Birmingem Universitetində doktorluq ali dərəcəsini alıb. Onun 26 elmi məqaləsi dünyanın müxtəlif nüfuzlu elmi jurnallarında dərc edilib. Tibbi dərsliklərdə 6 fəslin həmmüəllifidir. Bu il erkən doğum riskinin qarşısının alınması istiqamətində aparılan tədqiqatların davam etdirilməsi üçün 1,2 milyon funt sterlinqlik qrant qazanıb.

Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Oğurluq
Oğurluq