veten informasiya agentliyi

Həştərxanda girov saxlanılan soydaşımız diasporumuzun köməyi ilə azad olunub

Tarix:13-10-2022, 16:36
Baxış Sayı:52

Həştərxanda girov saxlanılan soydaşımız diasporumuzun köməyi ilə azad olunub

Diasporla İş üzrə Dövlət Komitəsinin müdaxiləsi nəticəsində Azərbacan vətəndaşı Tərlan Mustafayev Rusiyanın Həştərxan vilayətində saxlanıldığı girovluqdan azad edilib. 
 
Bu məsələ ilə əlaqədar Azərbaycan vətəndaşı İsmayıl Mustafayev Komitəyə müraciət edərək bildirib ki, oğlu Tərlan Mustafayev aldadılaraq iş adamları ilə görüşmək adı ilə Həştərxana göndərilib. Amma məlum olub ki, Tərlan Mustafayevi göndərən şəxsin Həştərxandakı iş adamlarına külli miqdarda borcu olub. Şimali Qafqaz xalqlarına mənsub olan həmin iş adamları bu səbəbdən Tərlanı girov kimi saxlayıblar. Ata övladının iki aydır Həştərxanın Privoljoskiy rayonunda təsərrüfat sahəsində qanunsuz saxlanıldığını və qul kimi işlədildiyini bildirib.
 
Komitənin dərhal Həştərxan vilayəti Azərbaycanlılarının Milli-Mədəni Cəmiyyətinin sədri Vahid Rəhimovla əlaqə saxlaması nəticəsində məsələ araşdırılıb. Cəmiyyət sədri Həştərxanda fəaliyyət göstərən Dağıstan nümayəndəliyinin üzvləri ilə birgə soydaşımızın saxlanıldığı yerə gedib və danışıqlardan sonra onun girovluqdan azad edilməsinə nail olub.  
 
Azadlığa qovuşan Tərlan Mustafayev vəziyyətinin qənaətbəxş olduğunu söyləyib, Azərbaycan diasporuna və Diasporla İş üzrə Dövlət Komitəsinə minnətdarlığını bildirib.

Soydaşımız Həştərxan vilayəti Azərbaycanlılarının Milli-Mədəni Cəmiyyətinin sədri Vahid Rəhimovun vasitəsilə Azərbaycana yola salınıb.
 
 

Novruz Aslanov şəhid Cəmil Məmmədlinin xatirəsinə həsr edilən filmin təqdimatında iştirak edib
Novruz Aslanov şəhid Cəmil Məmmədlinin xatirəsinə həsr edilən filmin təqdimatında iştirak edib
Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti İlahiyyat İnstitutunda olub
Cenevrə Mənəvi Xidmət Dərnəyinin vitse-prezidenti İlahiyyat İnstitutunda olub
Nazir İnam Kərimov Masallıda vətəndaşları qəbul edəcək
Nazir İnam Kərimov Masallıda vətəndaşları qəbul edəcək
SOCAR-ın Baş ofisində “Neft Daşları” qəzeti əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib
SOCAR-ın Baş ofisində “Neft Daşları” qəzeti əməkdaşlarının mükafatlandırılması mərasimi keçirilib
QHT Agentliyinin dəstəyi ilə sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirmə tədbiri keçirilib
QHT Agentliyinin dəstəyi ilə sosial-psixoloji və loqopedik xidmətlərə ehtiyacı olan uşaqların valideynləri üçün maarifləndirmə tədbiri keçirilib
Noyabr ayının müavinət, təqaüd, ünvanlı yardımları da ödənildi
Noyabr ayının müavinət, təqaüd, ünvanlı yardımları da ödənildi
AzTU-nun tələbəsi Avropa çempionu olub
AzTU-nun tələbəsi Avropa çempionu olub
Avstriyanın Lints şəhərində “Azərbaycandan dünyaya musiqi töhfəsi” layihəsi təqdim edilib
Avstriyanın Lints şəhərində “Azərbaycandan dünyaya musiqi töhfəsi” layihəsi təqdim edilib