veten informasiya agentliyi

Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti arasında ikitərəfli görüş keçirilib

Tarix:5-10-2022, 15:51
Baxış Sayı:115

4 sentyabr 2022-ci il tarixdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti, millət vəkili Novruz Aslanov və Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov arasında görüş keçirilib. Görüşün əsas məqsədi qarşılıqlı əməkdaşlığın inkişafı, gələcək fəaliyyətlərlə bağlı müzakirələrin aparılması və ikitərəfli anlaşma memorandumunun imzalanması olub.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov öz çıxışında Miqrasiya Xidmətinin bu günə qədər olan fəaliyyətlərindən bəhs edib və dünyada baş verən münaqişələr nəticəsində gələcəkdə ortaya çıxa biləcək humanitar ehtiyaclardan söhbət açıb. Bu hadisələr nəticəsində miqrasiya sahəsində yeni çağırışların yarandığını, bu çağırışlara və neqativ ssenarilərə hazırlıqlı olmağın önəmliliyini bildirib. Daha sonra əcnəbilərin inteqrasiyası üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin bu sahədə önəmli layihələrin həyata keçirdiyini vurğulayıb. Gələcəkdə miqrasiya məsələlərində və fəaliyyətlərində AzQAC ilə qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsini önə çəkib.
Görüş AzQAC-ın prezidenti, Novruz Aslanovun çıxışı ilə davam edib. Novruz Aslanov ilk olaraq AzQAC-ın tərkibindən, könüllülərindən, rayon bölmələrinin humanitar sahədə fəaliyyətlərindən danışıb. Daha sonra AzQAC-ın dünyada baş verən hadisələrə görə humanitar sahədə hazır olmasından və gələcəkdəki çağırışlara cavab verməsindən bəhs edib. Novruz Aslanov AzQAC-ın miqrantlara göstərdiyi dəstəkdən də bəhs edib. AzQAC-ın miqrantlar üçün təşkil etdiyi təmannasız Azərbaycan və İngilis dili kursları, onların bütün sosial və hüquqi məsələlərinə də verilən dəstəyi vurğulayıb. Həmçinin İlk Yardım təlimlərinin əhəmiyyətini və AzQAC-ın Miqrasiya Xidməti işçiləri üçün qarşılıqlı əməkdaşlıq çərçivəsində İlk Yardım kurslarının təmənnasız təşkil edilə biləcəyini bildirib.
Görüşün sonunda Novruz Aslanov Vüsal Hüseynova AzQAC-ın yubiley medalını təqdim edib və xatirə şəkili çəkdirilib.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb