veten informasiya agentliyi

Cavanşir Quliyev: “Sülh müqaviləsi Azərbaycandan çox Ermənistana lazımdır”

Tarix:22-09-2022, 20:27
Baxış Sayı:10


“Sentyabrın 12-13-də sərhədlərimizdə gedən döyüşlər, daha doğrusu, Ermənistanın təxribatı bir daha sübut etdi ki, Ermənistan rəhbərliyi və hətta deyərdim ki, erməni xalqı 44 günlük müharibədən lazımi nəticə çıxarmayıb”.
Bu sözləri Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev deyib.
Onun sözlərinə görə, Ermənistan Cənubi Qafqazdaki real vəziyyəti anlamır: “Onlar hələ də təxribatlarından qalmırsa, deməli, dərk etmirlər ki, Azərbaycandan bir qarış torpaq belə qopara bilməyəcəklər. Ermənistan rəhbərliyi Azərbaycanla sülh müqaviləsi bağlamaqdan boyun qaçırdıqca, başları ağrıyacaq, Azərbaycan dövləti və Azərbaycan Ordusu onların cavabını, son döyüşlərdə olduğu kimi, layiqincə verəcək”.
C.Quliyevin fikrincə, sülh müqaviləsi Azərbaycandan çox Ermənistana lazımdır ki, böhran içində olan iqtisadiyyatını bir az dirçəldə bilsin: “Düşünürəm ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi tezliklə bağlanmalıdır. Təəssüf ki, Ermənistan rəhbərliyi bu təxribatlardan heç bir fayda əldə etməyəcəyini anlamır. Amma dünya ictimaiyyəti yavaş-yavaş həqiqətin nə olduğunu bilir”.

Böyük Qayıdış Cəbrayıldan başlamışdı
Böyük Qayıdış Cəbrayıldan başlamışdı
Dünya azərbaycanlıları bəyanat yayıb
Dünya azərbaycanlıları bəyanat yayıb
Barselonada yaşayan həmyerlimiz “Egypt Open 2022” yaddaş çempionatında qızıl medal qazanıb
Barselonada yaşayan həmyerlimiz “Egypt Open 2022” yaddaş çempionatında qızıl medal qazanıb
Rektor müəllimlərlə görüşüb
Rektor müəllimlərlə görüşüb
Nəsimi rayonunda elektronika malları satılan mağazada baş verən yanğının geniş miqyas almasının qarşısı mühafizə polisləri tərəfindən vaxtında alınıb
Nəsimi rayonunda elektronika malları satılan mağazada baş verən yanğının geniş miqyas almasının qarşısı mühafizə polisləri tərəfindən vaxtında alınıb
Təqaüdçülərin kartındakı pulları mənimsəyən Lənkəran sakini saxlanılıb
Təqaüdçülərin kartındakı pulları mənimsəyən Lənkəran sakini saxlanılıb
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ADAU-da olublar
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ADAU-da olublar
Cumhuriyyət qurucularının varislərindən olan Leyla Keykurun-Xanxoylu dünyasını dəyişib
Cumhuriyyət qurucularının varislərindən olan Leyla Keykurun-Xanxoylu dünyasını dəyişib