veten informasiya agentliyi

Arxangelskdə Müslüm Maqomayev adına Azərbaycan Mədəniyyət Mərkəzi fəaliyyətə başlayıb

Tarix:21-09-2022, 23:54
Baxış Sayı:13

Rusiyanın Arxangelsk şəhərindəki 31 saylı Uşaq İncəsənət Məktəbində əfsanəvi bəstəkar-müğənni Müslüm Maqomayevin adını daşıyan Azərbaycan Mədəniyyət Mərkəzi açılıb.

“Arxangelsk vilayətinin Azərbaycan diasporu” regional ictimai təşkilatının və Arxangelsk şəhər administrasiyasının birgə həyata keçirdiyi bu layihə Rusiya Prezidenti Vladimir Putinin 2022-ci ildə elan etdiyi “Rusiya xalqlarının mədəni irsi” ilinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutub.

Açılış mərasimində yerli hakimiyyət orqanlarının və ictimai təşkilatların nümayəndələri çıxış edərək, şəhər ictimaiyyətini bu mədəni hadisə münasibətilə təbrik ediblər. Natiqlər layihənin gerçəkləşdirilməsinə görə “Arxangelsk vilayətinin Azərbaycan diasporu” təşkilatının sədri Tərlan Qasımova minnətdarlıqlarını bildiriblər. Azərbaycan diasporunun Arxangelsk vilayəti ilə Azərbaycan Respublikası arasında millətlərarası münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı istiqamətində töhfələr verməsi, sosial-mədəni sahədə çoxlu sayda uğurlu layihələr həyata keçirməsi yüksək qiymətləndirilib. “Rusiya xalqlarının mədəni irsi” ili çərçivəsində təşkilatın Lomonosov adına Şimali Arktika Federal Universitetində görkəmli geoloq Fərman Salmanovun adını daşıyan elmi laboratoriyanın açılması layihəsini də gerçəkləşdirdiyi nəzərə çatdırılıb.

Sonra görkəmli sənətkarın ömür yoldaşı, SSRİ və Azərbaycanın xalq artisti Tamara Sinyavskaya və Azərbaycanın xalq artisti, Adıgey Respublikasının əməkdar artisti Emin Ağalarovun tədbir iştirakçılarına video-təbrikləri təqdim edilib.

Tədbirin bədii hissəsində Azərbaycan milli musiqisi və Müslüm Maqomayevin repertuarından mahnılar səsləndirilib.

Böyük Qayıdış Cəbrayıldan başlamışdı
Böyük Qayıdış Cəbrayıldan başlamışdı
Dünya azərbaycanlıları bəyanat yayıb
Dünya azərbaycanlıları bəyanat yayıb
Barselonada yaşayan həmyerlimiz “Egypt Open 2022” yaddaş çempionatında qızıl medal qazanıb
Barselonada yaşayan həmyerlimiz “Egypt Open 2022” yaddaş çempionatında qızıl medal qazanıb
Rektor müəllimlərlə görüşüb
Rektor müəllimlərlə görüşüb
Nəsimi rayonunda elektronika malları satılan mağazada baş verən yanğının geniş miqyas almasının qarşısı mühafizə polisləri tərəfindən vaxtında alınıb
Nəsimi rayonunda elektronika malları satılan mağazada baş verən yanğının geniş miqyas almasının qarşısı mühafizə polisləri tərəfindən vaxtında alınıb
Təqaüdçülərin kartındakı pulları mənimsəyən Lənkəran sakini saxlanılıb
Təqaüdçülərin kartındakı pulları mənimsəyən Lənkəran sakini saxlanılıb
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ADAU-da olublar
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ADAU-da olublar
Cumhuriyyət qurucularının varislərindən olan Leyla Keykurun-Xanxoylu dünyasını dəyişib
Cumhuriyyət qurucularının varislərindən olan Leyla Keykurun-Xanxoylu dünyasını dəyişib