veten informasiya agentliyi

İsrail mətbuatında Ermənistanın son hərbi təxribatından bəhs edilib

Tarix:21-09-2022, 23:46
Baxış Sayı:15

İsrail mətbuatında Ermənistanın son hərbi təxribatından bəhs edilib
İsrailin ən böyük həftəlik qəzetlərindən olan “Makor Rişon”da ivritçə “Qərbin düşündüyündən fərqli olaraq, Azərbaycanla münaqişədə Ermənistan günahkardır” sərlövhəli məqalə dərc olunub.
Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə ötən həftə Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi qarşıdurmanın səbəbkarı kimi Azərbaycan ərazisində mina və silah-sursat yerləşdirərək genişmiqyaslı təxribat əməliyyatları həyata keçirən erməni silahlı qüvvələrini göstərib.
Qeyd olunub ki, 2020-ci ilin noyabrında II Qarabağ müharibəsi başa çatdıqdan sonra Ermənistan Azərbaycana qarşı dəfələrlə zorakılıq tətbiq edib və təcavüzkar ölkənin ölkənin hərbi əməliyyatların dayandırılmasına dair məlum üçtərəfl bəyanatı dəfələrlə pozması Cənubi Qafqaz bölgəsində davamlı sülhün bərqərar olunmasına ən böyük maneədir. Atəşkəs rejiminin pozulması və gərginliyin artması iki ölkə arasında hərbi münaqişənin yenidən alovlanması və regionda sabitliyin pozulması təhlükəsini yaradır. Məqalədə 2020-ci ilin oktyabrında Azərbaycanın Xəzər dənizi sahilindəki neft yataqlarını Türkiyənin Ceyhan liman şəhəri ilə birləşdirən nəhəng Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ermənilərin hücumuna məruz qaldığı da qeyd olunub. Müəllif təəssüf hissi ilə bildirib ki, Qərbdə bir çoxları artıq Azərbaycan və Ermənistan sərhədində reallığı anlamadıqlarını nümayiş etdirərək, zorakılığın son dalğasından sonra Bakını gözdən salmağa üstünlük veriblər. Müəllif hesab edir ki, Azərbaycan da İsrail kimi hərbi cəhətdən düşmənindən daha güclü olması səbəbindən zorakılıqların baş verməsinə görə əsas cavabdeh kimi yanlış və qərəzli ittihamla üzləşir. Bu cür meyarlardan istifadə son dərəcə problemlidir, çünki zorakılığın son mərhələsinin obyektiv tədqiqi nəticəsində aydın olur ki, münaqişəyə görə məsuliyyəti Azərbaycan deyil, Ermənistan daşıyır. Məqalədə İsraildə fəaliyyət göstərən Dona Qrasiya Diplomatiya Mərkəzinin Məşvərət Şurasının üzvü, professor Nurşin Güneyin fikirləri də yer alıb: “Bu münaqişəni ermənilərin başladığına şübhə yoxdur. Erməni tərəfi törətdiyi təxribatlarla sülh sazişinin imzalanması prosesinə maneələr yaradır. Təxribat nəticəsində həlak olmuş Azərbaycan əsgərlərinin itkisinə görə çox təəssüflənirik. Təəssüf ki, beynəlxalq ictimaiyyət Azərbaycan xalqını lazımınca dəstəkləmir”. Nurşin Güney həmçinin əlavə edib: “Bütün dünyada insanlar Ukraynaya o qədər diqqət yetiriblər ki, başqa yerlərdə baş verənləri unudurlar. Qafqazda cərəyan edən proseslər həm də o səbəbdən təhlükəlidir ki, Ukraynada olduğu kimi, böyük dövlətlərin iştirak edəcəyi münaqişəyə gətirib çıxara bilər. Ümid edirəm ki, Qərbdəki müttəfiqlərimiz son epidemiyada kimin günahkar olduğunu araşdırmağa başlayacaqlar”.
Məqalədə Azərbaycanın rus icmasının da Ermənistan rəhbərliyinin hərəkətlərini kəskin şəkildə pislədiyi və beynəlxalq ictimaiyyəti Ermənistanı məsuliyyətə cəlb etməyə çağırdığı diqqətə çatdırılıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.makorrishon.co.il/opinion/525783

Böyük Qayıdış Cəbrayıldan başlamışdı
Böyük Qayıdış Cəbrayıldan başlamışdı
Dünya azərbaycanlıları bəyanat yayıb
Dünya azərbaycanlıları bəyanat yayıb
Barselonada yaşayan həmyerlimiz “Egypt Open 2022” yaddaş çempionatında qızıl medal qazanıb
Barselonada yaşayan həmyerlimiz “Egypt Open 2022” yaddaş çempionatında qızıl medal qazanıb
Rektor müəllimlərlə görüşüb
Rektor müəllimlərlə görüşüb
Nəsimi rayonunda elektronika malları satılan mağazada baş verən yanğının geniş miqyas almasının qarşısı mühafizə polisləri tərəfindən vaxtında alınıb
Nəsimi rayonunda elektronika malları satılan mağazada baş verən yanğının geniş miqyas almasının qarşısı mühafizə polisləri tərəfindən vaxtında alınıb
Təqaüdçülərin kartındakı pulları mənimsəyən Lənkəran sakini saxlanılıb
Təqaüdçülərin kartındakı pulları mənimsəyən Lənkəran sakini saxlanılıb
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ADAU-da olublar
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ADAU-da olublar
Cumhuriyyət qurucularının varislərindən olan Leyla Keykurun-Xanxoylu dünyasını dəyişib
Cumhuriyyət qurucularının varislərindən olan Leyla Keykurun-Xanxoylu dünyasını dəyişib