veten informasiya agentliyi

Siyasi sanbala malik olan Özbəkistan səfəri

Tarix:21-09-2022, 10:36
Baxış Sayı:24

Siyasi sanbala malik olan Özbəkistan səfəri

Rövşən Əhmədov: Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində ölkəmizin ilk dəfə məhz Özbəkistanın sədrliyi dövründə fəxri qonaq qismində dəvət olunması Ölkə Başçımızın yüksək siyasi nüfuzundan irəli gələn amillərdən biridir.
Cənab Prezidentin Səmərqənd sammitində iştirakının dövlət siyasəti baxımından əhəmiyyətini dərk etmək elə də çətin deyildir. Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin dünya iqtisadiyyatında payı Qərb ölkələrinin toplam payına yüksək templə yaxınlaşır.
Azərbaycan regional və qlobal səviyyədə fəaliyyətini, o cümlədən beynəlxalq arenada əməkdaşlığı genişləndirərək müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara: Birləşmiş Millətlər Təşkilatına, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, Avropa Şurası, İslam Konfransı Təşkilatına, Müstəqil Dövlətlər Birliyinə və xeyli sayda digər təşkilatlara üzv olmuşdur. Azərbaycan Respublikasının beynəlxalq aləmdə mövqeyini möhkəmləndirildiyəcək.İkitərəfli və regional əməkdaşlıq sahəsində böyük uğurlar əldə etməsi ölkəmizin bütün sahələrdə uğurlarının təcəssümüdür. Respublikamızın sürətli sosial-iqtisadi inkişafı onun xarici əlaqələrinin daha da genişlənməsinə və yeni sahələri əhatə etməsinə səbəb olmuşdur.
Azərbaycanın inkişafı onun siyasi, iqtisadi cəhətdən nəinki regional, həm də qlobal mərkəzə çevirmişdir. İlk növbədə, siyasi sahədə qazanılan nailiyyətlər Azərbaycanı beynəlxalq ictimaiyyətə daha yaxşı tanıtdırmaqla bərabər, dünyanın diqqətini özünə yönəldə bilib. Ölkəmiz beynəlxalq birliyin müstəqil üzvü kimi öz mənafelərini qarşılıqlı hörmət prinsipi çərçivəsində həyata keçirir. Bu isə Azərbaycanın müstəqil inkişafını təmin etməklə yanaşı, öz gücünə inamını, eləcə də ölkəmizə olan etimadı artırır.Regionun aparıcı dövləti olan Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla hərtərəfli münasibətlərin inkişaf etdirilməsinə xüsusi önəm verir. Xarici siyasətimizin digər prioritet istiqaməti olan beynəlxalq iqtisadi münasibətlərdə Prezident İlham Əliyev tərəfindən davamlı müstəqil və sabit siyasət yürüdülməsi nəticəsində enerji resurslarının dünya bazarına çıxarılmasına, Azərbaycanın enerji resurslarının nəqli üzrə geostrateji əhəmiyyətə malik dəhliz, həm də Avropa ölkələrinin enerji təminatında etibarlı tərəfdaşı kimi beynəlxalq aləmdə qəbul edilməsinə şərait yaranıb. 
Qeyd etmək lazımdır ki, regionda sabitlik, davamlı inkişaf və sağlam dialoq mühitinin yaşanması destruktiv qüvvələrin marağında deyil. Uzun illər ərzində Ermənistan və Ermənistanın ərazisi məhz regionda gərginliyin yaradılması üçün istifadə edilib.Obyektiv siyasi həqiqət ondan ibarətdir ki, Ermənistana dəstək göstərən və təxribatlara rəvac verən ölkələr regionun inkişafını istəməyən qüvvələrdir. Azərbaycanın inkişafı və ölkəmizdə siyasi sabitliyin qorunması bütün regionun davamlı inkişafının zəmanəti ola bilər. Baş vermiş təxribatlar tək Azərbaycanın yox, ümumiyyətlə bütün regionun iqtisadi inkişafının artmasının qarşısını almağa yönəlib. Sonuncu hərbi təxribatlar Ermənistan rəhbərliyinin ikiüzlü siyasət yetirdiyini bir daha sübut etdirdi.
Bu isə o deməkdir ki, regionda sabitliyi bərqərar olması üçün hələ də həlli gözləyən məqamlar var. Ekspertlər və siyasətçilər cənab Prezidentin Özbəkistan səfərini, ŞƏT-in zirvə toplantısında çıxışını və təşkilatın aparıcı ölkələrinin liderləri ilə görüşünü böyük siyasi mahiyyət kəsb edən, gələcək iqtisadi yüksəlişə yol açan bir səfər kimi dəyərləndirilər.

Rövşən Əhmədov,
YAP Ağcabədi rayon təşkilatının sədri

Böyük Qayıdış Cəbrayıldan başlamışdı
Böyük Qayıdış Cəbrayıldan başlamışdı
Dünya azərbaycanlıları bəyanat yayıb
Dünya azərbaycanlıları bəyanat yayıb
Barselonada yaşayan həmyerlimiz “Egypt Open 2022” yaddaş çempionatında qızıl medal qazanıb
Barselonada yaşayan həmyerlimiz “Egypt Open 2022” yaddaş çempionatında qızıl medal qazanıb
Rektor müəllimlərlə görüşüb
Rektor müəllimlərlə görüşüb
Nəsimi rayonunda elektronika malları satılan mağazada baş verən yanğının geniş miqyas almasının qarşısı mühafizə polisləri tərəfindən vaxtında alınıb
Nəsimi rayonunda elektronika malları satılan mağazada baş verən yanğının geniş miqyas almasının qarşısı mühafizə polisləri tərəfindən vaxtında alınıb
Təqaüdçülərin kartındakı pulları mənimsəyən Lənkəran sakini saxlanılıb
Təqaüdçülərin kartındakı pulları mənimsəyən Lənkəran sakini saxlanılıb
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ADAU-da olublar
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ADAU-da olublar
Cumhuriyyət qurucularının varislərindən olan Leyla Keykurun-Xanxoylu dünyasını dəyişib
Cumhuriyyət qurucularının varislərindən olan Leyla Keykurun-Xanxoylu dünyasını dəyişib