veten informasiya agentliyi

Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün prioritet peşə və ixtisaslar müəyyən edilib

Tarix:5-08-2022, 18:33
Baxış Sayı:275

Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün  prioritet peşə və ixtisaslar müəyyən edilib
Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə peşə hazırlığı üçün  prioritet peşə və ixtisaslar müəyyən edilib

Yaxın vaxtlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Bərdə və Quba rayonlarında da Peşə Hazırlığı Mərkəzləri istifadəyə veriləcək.

Həmin Mərkəzlərdə peşə tədrisinin əmək bazarına uyğun qurulması üçün Agentlik tərəfindən ekspres əmək bazarı araşdırması aparılıb. Araşdırma zamanı 40 mikro, 130 kiçik, 70 orta və 7 iri işəgötürən arasında sorğu keçirilib. Nəticə olaraq Qarabağ və Quba-Xaçmaz iqtisadi rayonları üzrə prioritet peşə və ixtisaslara olan təlabat müəyyən edilib.

Yeni Peşə Hazırlığı Mərkəzlərində tədrisi təşkil olunacaq 30 ixtisas müəyyən olunub.

Onların sırasına daxildir:
Qarabağ iqtisadi rayonu üzrə - toxumçuluq, şitilçilik və tingçilik, kənd təsərrüfatı məhsullarının saxlanması və anbarlanması üzrə logistika, kompyuter təmiri və xidməti mütəxəssisləri, baytar köməkçisi, qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər, kombi ustası, təmirçi-çilingər, mebel ustası, avtomobil diaqnostikası və təmiri ustası, təchizat üzrə agent, ərzaq və qeyri-ərzaq mallarının satıçısı, nəzarətçi-xəzinədar, qəssab, elektrik və avtoarabacıqların sürücüsü, yanacaqdoldurma stansiyalarının operatoru;

Quba-Xaçmaz iqtisadi rayonu üzrə - elektron ticarətçi, bərbər, vizajist, manikurçu, lazer ustası, ikinci dairə üzrə elektrik quraşdırıcısı, kompyuter şəbəkə inzibatçısı, barmen, barista, aşbaz, çağrı mərkəzi üzrə operator, xərrat-dülgər və parket ustası, CNC operatoru (taxta işləri üzrə), kənd təsərrüfatı maşın və avadanlıqlarının təmiri üzrə çilingər və dağ-xizək turizmi üzrə bələdçi.

Növbəti mərhələdə qeyd edilən peşə və ixtisaslar üzrə tədris proqramlarının və bu proqramların əsasında təlim-tədris materiallarının hazırlanması nəzərdə tutulub.

Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Oğurluq
Oğurluq