veten informasiya agentliyi

Boran Əziz: “Diaspor Gənclərinin III Yay Düşərgəsinin Şuşada keçirilməsi təqdirəlayiq addımdır”

Tarix:31-07-2022, 14:07
Baxış Sayı:128

“Diaspor Gənclərinin III Yay Düşərgəsinin Şuşada keçirilməsi çox məqsədəuyğun və təqdirəlayiq addımdır”. Bu sözləri Bakı Dövlət Universitetinin dosenti, tarixçi alim Boran Əziz söyləyib.

Onun fikrincə, xaricdə yaşayan, Vətəndən uzaqda tariximizdən xəbərsiz böyüyən gənclərin Azərbaycana bağlanmasının siyasi-tərbiyəvi əhəmiyyəti olduqca böyükdür: “Buna görə də yay aylarında xaricdə yaşayan gənclər üçün III Yay Düşərgəsinin təşkil edilməsi doğru qərardır. Bu düşərgənin Şuşada keçirilməsinin əhəmiyyəti olduqca böyükdür. Şuşa Azərbaycan mədəniyyəti və onun mənəvi mühiti üçün bir göstəricidir. Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi təsadüfi deyil. Qarabağ xanlığını yaradanların, Şuşa şəhərini salanların Azərbaycan mədəniyyətindəki rolu danılmazdır. Halallıq, dara düşən insanlara əl tutmaq, köməyə ehtiyacı olanlara kömək etmək, insanların dolanışığını təşkil edə bilməsinə şərait yaratmaq kimi ali keyfiyyətlər bu insanların xarakterləri üçün səciyyəvi haldır. Xalqımız üçün səciyyəvi olan bu xüsusiyyətlərin gənc nəsilə çatdırması çox vacibdir. Bu insanlar inanclı olmaqla yanaşı, milli-mənəvi dəyərlərə son dərəcə bağlı adamlar olublar. Tərəfimdən aparılmış “Azərbaycan ruhaniliyində Şuşa məscidlərinin və din xadimlərinin yeri” adlı araşdırma zamanı bir daha əmin oldum ki, bu xanlığın yaradılmasının və Şuşa şəhərinin salınmasının əhəmiyyəti nəinki xaricdə yaşayan gənclərə, heç öz vətəndaşlarımıza da yetərincə təbliğ olunmayıb. Xaricdə yaşayan gənclər üçün ölkəmizin bu istiqamətdə təbliğatının aparılması çox qürurvericidir. Şuşa şəhərinin mənəvi mədəniyyətimizdəki yerinin elmi cəhətdən “Qarabağnamə”lər adlı mənbədən öyrənilməsi daha məqsədəuyğun olardı. Bu baxımdan Komitənin gördüyü iş təqdirəlayiqdir”.

İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində vətəndaşların növbəti qəbulu keçirilib
Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri Elbrus Rüstəmov: Xora xəstəliyindən xilas olmaq üçün qida rejimini pozmamaq, zərərli vərdişlərdən imtina və vaxtında həkimə müraciət etmək lazımdır

DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Naftalanda 18 yaşlı gənc itkin düşüb
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Ağdaşda internet xətlərini oğurlayan və narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Hacıqabulda avtoxuliqanlıq edən sürücü inzibati həbs edilib
Qazaxda narkokuryer saxlanılıb
Qazaxda narkokuryer saxlanılıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb