veten informasiya agentliyi

AzTU-nun rektoru Türkiyədə ikili diplom müqaviləsi imzaladı

Tarix:27-07-2022, 17:05
Baxış Sayı:113

AzTU-nun rektoru Türkiyədə ikili diplom müqaviləsi imzaladı
AzTU-nun rektoru Türkiyədə ikili diplom müqaviləsi imzaladı

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir.​

Səfərin ilk günü Gazi Universitetinin rektoru, professor Musa Yıldız və universitetin professor-müəllim heyəti ilə görüş keçirilib. Görüşdə elektrik-elektronika mühəndisliyi ixtisası üzrə ikili diplom müqaviləsi və digər sənədlər imzalanıb. İmzalanmadan sonra hər iki universitet arasında mövcud olan müəllim və tələbə mübadiləsinin davam etdirilməsinin, müdafiə sənayesi sahəsi də daxil olmaqla bir sıra istiqamətlərdə təhsil, tədqiqat və universitet-sənaye əməkdaşlığının təkmilləşdirilməsi ilə bağlı müzakirələr aparılıb. Həmçinin qeyd olunan istiqamətlər üzrə universitetlərin mövcud potensial və resurslarından səmərəli istifadə edilməsi qərara alınıb.

Səfər çərçivəsində AzTU nümayəndə heyəti Orta Doğu Texniki Universitetində də görüş keçirib. Rektor, professor Mustafa Verşan Köklə keçirilən görüşdə universitetlərin rəqəmsal transformasiyasının inkişaf etdirilməsi, hər iki ali məktəbin profilinə uyğun birgə tədqiqat layihələrinin yerinə yetirilməsi, xarici dil üzrə müəllim hazırlığı​ və tələbə mübadiləsi ilə bağlı müzakirələr aparılıb.​

Görüşdən sonra AzTU ilə Orta Doğu Texniki Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Qeyd edək ki, AzTU rektorunun rəhbərlik etdiyi nümayəndə heyətində rəqəmsallaşma və layihələr üzrə prorektor Rəşad Əliyev, Universitet-Sənaye Əməkdaşlığı və Ömürboyu Təhsil Mərkəzinin rəhbəri Aynurə İsmayılova və AzTU-nun rəqəmsal transformasiya üzrə Məşvərət Şurasının koordinatoru, universitetin İctimai şurasının sədri Osman Gündüz iştirak edir.​

Nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.

İnsanlara qarşı dələduzluq edən Aynurə kimdir?
İnsanlara qarşı dələduzluq edən Aynurə kimdir?
DİN HESABAT
DİN HESABAT
Qazaxda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Qazaxda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb
Zərdabda su kanalından qumbara və pulemyot aşkarlanıb
Zərdabda su kanalından qumbara və pulemyot aşkarlanıb
Oğuzda çay sahilində tapança aşkar edilib
Oğuzda çay sahilində tapança aşkar edilib
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT