veten informasiya agentliyi

Masallıda avtomobillərə kobud konstruksiya dəyişikliyi edən və ictimai qaydanı pozan sürücülər həbs ediliblər

Tarix:26-07-2022, 20:57
Baxış Sayı:107

Masallıda avtomobillərə kobud konstruksiya dəyişikliyi edən və ictimai qaydanı pozan sürücülər həbs ediliblər

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkəranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Masallı rayon sakini T.Talıbov və Bakı şəhər sakini Ə.Əlizadənin dəfələrlə xəbərdarlıq edilməsinə və barələrində qanunamüvafiq tədbirlər görülməsinə baxmayaraq özlərinə məxsus avtomobillərə qanunsuz olaraq əlavə avadanlıq quraşdırmaqla və kobud konstruksiya dəyişikliyi etməklə digər hərəkət iştirakçılarına təhlükə yaratdıqları, ictimai qaydanı pozan hərəkətlərə yol verdikləri aşkarlanıb. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Masallı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 8 gün müddətində inzibati qaydada həbs ediliblər. Bu kimi nəzarət-profilaktiki tədbirlər bundan sonra da davam etdiriləcək.

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Oğurluq
Oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib
Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib
DİN HESABAT
DİN HESABAT