veten informasiya agentliyi

Qaxda narkotiklərlə əlaqəli 5 nəfər tutulub, 10 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Tarix:25-07-2022, 17:22
Baxış Sayı:96

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 5 nəfər saxlanılaraq məsuliyyətə cəlb edilib və ümumilikdə 10 kiloqrama yaxın narkotik dövriyyədən çıxarılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən ilk əməliyyat zamanı dostlar- rayon sakini Süleyman Muradov və Zaqatala sakini, əvvəllər də məhkum olunmuş Fariz Kərimov saxlanılıb. Həmin şəxslərin üzərilərində daşıdığı kisəyə baxış keçirilən zaman 8 kiloqramdan artıq qurudulmuş marixuana aşkarlanıb. Araşdırma zamanı saxlanılan şəxslərin narkotik vasitəni satmaq və əldə etdikləri qazancı öz aralarında bölmək niyyətində olduqları müəyyən edilib.
Şöbənin Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri növbəti əməliyyat nəticəsində Zaqatala şəhər sakini Xalis Rəcəbov tutulub. Taksi fəaliyyəti ilə məşğul olan həmin şəxsin istifadəsində olan “VAZ-21011” markalı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsindən yarım kiloqrama yaxın marixuana aşkarlanıb.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən digər əməliyyat-axtarış tədbirləri nəticəsində isə daha 2 nəfər-Abdul Tağızadə və Elvin Abbasov saxlanılıb. Abdul Tağızadənin üzərinə keçirilən baxış zamanı 12 qram, eləcə də rayon ərazisindəki avtomobil yolunun kənarında gizlətdiyi 335 qram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Elvin Abbasovun üzərində daşıdığı sellofan torbadan isə 425 qram marixuana aşkarlanıb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə