veten informasiya agentliyi

“Məşğulluq marafonu” üzrə 2400-dən çox şəhid ailəsi üzvü və qazi işlə təmin olunub

Tarix:28-06-2022, 17:25
Baxış Sayı:135

“Məşğulluq marafonu” üzrə 2400-dən çox şəhid ailəsi  üzvü və qazi işlə təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən ilin iyun ayında başladılan “Məşğulluq marafonu”na ötən dövrdə 649 işəgötürən qoşulub.

Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan marafona onlar 4563 vakansiya təqdim ediblər.

Həmin vakansiyalar üzrə artıq 2411 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub. Onlardan 2016 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir.

“Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!” devizi altında keçirilən marafona qoşulmaq istəyən işəgötürənlər vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər.

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Oğurluq
Oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib
Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib
DİN HESABAT
DİN HESABAT