veten informasiya agentliyi

Azərbaycan tərəfindən BƏT-in daha bir Konvensiyasının ratifikasiyası yekunlaşmaq üzrədir

Tarix:20-06-2022, 18:08
Baxış Sayı:12

Azərbaycan tərəfindən BƏT-in daha bir Konvensiyasının  ratifikasiyası yekunlaşmaq üzrədir
Azərbaycan tərəfindən BƏT-in daha bir Konvensiyasının  ratifikasiyası yekunlaşmaq üzrədir

Ölkəmiz bu vaxta qədər Beynəlxalq Əmək Təşkilatının
58 Konvensiyasına qoşulub

Ötən dövrdə Beynəlxalq Əmək Təşkilatının (BƏT) 8 təməledici və 4 prioritet, ümumilikdə 58 Konvensiyasına qoşulan Azərbaycan tərəfindən BƏT-in “Əməyin Təhlükəsizliyi və Gigiyenası haqqında” 155 nömrəli Konvensiyasının da ratifikasiyası işləri yekunlaşmaq üzrədir.

Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BƏT-in Layiqli əmək üzrə texniki dəstək qrupu, Şərqi Avropa və Mərkəzi Asiya ölkələri üzrə Ofisinin direktoru Olqa Kulayeva ilə görüşündə bildirib.

Ölkəmizdə əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatları qeyd edən nazir bu islahatlar prosesində BƏT-lə fəal əməkdaşlıq gündəliyinin olduğunu diqqətə çatdırıb. O, 2017-2021-ci illər ərzində Azərbaycanın BƏT-in İdarə Heyətində təmsil olunduğunu qeyd edib.

S.Babayev Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunlaşdırılmış Məşğulluq Strategiyasının, işsizlikdən sığorta sisteminin hazırlanması, gənclərin məşğulluğunun dəstəklənməsi, özünüməşğulluq proqramının icrası və s. sahələrdə BƏT-lə müsbət əməkdaşlıq təcrübəsinin formalaşdığını bildirib.

Nazir Azərbaycanla BƏT arasında “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın uğurla icra olunduğunu vurğulayıb. Hazırda “2022-2026-cı illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın hazırlanması ilə bağlı işlərin davam etdirildiyini deyib. Yeni Proqramın prioritetlərinin “2021-2025-ci illər üçün BMT və Azərbaycan arasında Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi” ilə tam uyğunluq təşkil edəcəyini diqqətə çatdırıb.

O.Kulayeva Azərbaycanın BƏT-lə fəal əməkdaşlığını və əlaqələrin, birgə layihələrin daim genişləndirilməsini yüksək dəyərləndirib. Əməkdaşlıq gündəliyinin bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə BƏT-in yeni Konvensiyasının ratifikasiyası və “2022-2026-cı illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın hazırlanması işlərinə dair fikir mübadiləsi aparılıb.

Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə öyrənilir
Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi üçün beynəlxalq təcrübə öyrənilir
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri
DIN-nin keçirdiyi əməliyyatlar
DIN-nin keçirdiyi əməliyyatlar
Zərərvericilər və pestisidlərin idarə edilməsinə dair silsilə tədbirlər həyata keçirilib
Zərərvericilər və pestisidlərin idarə edilməsinə dair silsilə tədbirlər həyata keçirilib
Könül Nurullayeva: “Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq arenada daha fəal rol oynamaq üçün platformaya çevrilməsini istəyir”
Könül Nurullayeva: “Azərbaycan Qoşulmama Hərəkatının beynəlxalq arenada daha fəal rol oynamaq üçün platformaya çevrilməsini istəyir”
İlahiyyat İnstitutunda antinarkotik dünyagörüşünün formalaşması məqsədilə seminar təşkil olunub
İlahiyyat İnstitutunda antinarkotik dünyagörüşünün formalaşması məqsədilə seminar təşkil olunub
Abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək
Abituriyentlər üçün “İxtisas bələdçisi” forumu keçiriləcək