veten informasiya agentliyi

Bakı və Səmərqənd alimlərinin əməkdaşlığına dair özbək dilində kitab nəşr olunub

Tarix:13-01-2022, 18:54
Baxış Sayı:221

Bakı və Səmərqənd alimlərinin əməkdaşlığına dair özbək dilində kitab nəşr olunub



Daşkənd şəhərində özbək dilində “Səmərqənd və Bakı alimlərinin elmi əlaqələri tarixindən lövhələr (1960-2020)” adlı kitab çap edilib.

“Renessans Press” nəşriyyatında nəşr edilən kitab Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Səmərqənd Dövlət Universitetinin birgə layihəsi əsasında hazırlanıb.

Abdurasul Goziyev və Abdixaliq Arziqulovun tərtib etdikləri kitabda alimlərin elmi yaradıcılığından və əməkdaşlığından bəhs edilib. Onların arasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Qoşqar Əhmədov, AMEA-nın həqiqi üzvü, akademik Azad Mirzəcanzadə, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Arif Babayev, fizika-riyaziyyat elmləri doktoru Əmir Həbibzadə, fizika-riyaziyyat elmləri doktoru, akademik Fərəməz Maqsudov, AMEA-nın müxbir üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Yəhya Məmmədov, fizika-riyaziyyat elmləri doktoru Ələddin Mahmudov, fizika-riyaziyyat elmləri doktoru, professor Valeri Salayev, professor Əli Cəfərov, professor Fərhad Tağıyev, fizika-riyaziyyat elmləri doktoru Karlen Xudaverdiyev, fizika-riyaziyyat elmləri doktoru Hüseyn Çandirov, Səmərqənd Dövlət Universitetinin professoru, Özbəkistanın “Turan” Elmlər Akademiyasının akademiki Səxavət Ociyev və həmin universitetin professoru Yusif Ələskərov haqqında da məlumatlar yer alıb.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə