veten informasiya agentliyi

“Arsak toponimi: tarix və müasirlik” mövzusunda beynəlxalq konfrans keçirilib

Tarix:7-12-2021, 13:18
Baxış Sayı:138

“Arsak toponimi: tarix və müasirlik” mövzusunda beynəlxalq konfrans keçirilib
“Arsak toponimi: tarix və müasirlik” mövzusunda beynəlxalq konfrans keçirilib
“Arsak toponimi: tarix və müasirlik” mövzusunda beynəlxalq konfrans keçirilib
“Arsak toponimi: tarix və müasirlik” mövzusunda beynəlxalq konfrans keçirilib

Bakıda “Arsak toponimi: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin, Qarabağ Azadlıq Təşkilatının və Beynəlxalq Qarabağ Forumunun təşkilatçılığı ilə əyani və videokonfrans formatında baş tutan konfransda Azərbaycan, Türkiyə, Ukrayna, Gürcüstan, Almaniya, Rusiya, Niderland, İsveçrə, İsveç və digər ölkələrdə yaşayan elm xadimləri, millət vəkilləri və diaspor təşkilatlarının rəhbərləri iştirak ediblər.

Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədovanın moderatorluğu ilə aparılan tədbirdə giriş nitqi ilə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev və Qarabağ Azadlıq Təşkilatının sədri, Beynəlxalq Qarabağ Forumunun koordinatoru Akif Nağı çıxış edərək, qonaqları salamlayıblar. Qeyd edilib ki, konfrans Azərbaycan və region tarixinin qədim və müasir dövrləri ilə bağlı həqiqətlərin dünyaya çatdırılması, obyektiv beynəlxalq ictimai rəyin formalaşdırılması məqsədinə xidmət edir.

Konfrans Firdovsiyyə Əhmədovanın, AMEA Tarix İnstitutunun “Azərbaycan xanlıqları və Qarabağ tarixi” şöbəsinin müdiri, dosent Güntəkin Nəcəflinin və fəlsəfə elmləri doktoru, professor Əli Abasovun moderatorluğu ilə aparılan bölmə iclasları ilə davam edib. Bölmə iclasları zamanı “Karabağ ve civarına hakim küçük arsaklılar hakkında kısa bir literatür malumatı”, “Qafqaz Albaniyasının Arsak əyaləti və Qarabağ”, “Alban Ərsaklar sülaləsinin mənşəyi və Qarabağın qədim əhalisi” və digər mövzularda 25 məruzə dinlənilib.

Konfrans mövzular ətrafında geniş müzakirələrin aparılması və təkliflərin səsləndirilməsi ilə yekunlaşıb.












"27 Sentyabr-Anım Günü" münasibətilə mini-futbol üzrə yeniyetmələr arasında rayon turniri
Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin vaxtı açıqlanıb
Direktor müavini və təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin vaxtı açıqlanıb
Mingəçevirdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi keçirilir
Mingəçevirdə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi keçirilir
Kürdəmirdə “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-seminar
Kürdəmirdə “Heydər Əliyevin zəngin dövlətçilik irsinin əsas istiqamətləri” mövzusunda elmi-seminar
“Kənd təsərrüfatı haqqında” Qanun layihəsinin heyvandarlığa həsr edilən maddələri başda olmaqla müzakirəsi baş tutub
“Kənd təsərrüfatı haqqında” Qanun layihəsinin heyvandarlığa həsr edilən maddələri başda olmaqla müzakirəsi baş tutub
Türkiyə Müdafiə Sənayesi Başqanlığının müşaviri AzTU-da olub
Türkiyə Müdafiə Sənayesi Başqanlığının müşaviri AzTU-da olub
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov İsmayıllıda vətəndaşları qəbul edəcək
Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Fuad Sadıqov İsmayıllıda vətəndaşları qəbul edəcək
Yanvar-avqust aylarında 111,9 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb
Yanvar-avqust aylarında 111,9 min pensiya, müavinət və təqaüd təyinatı e-qaydada aparılıb