veten informasiya agentliyi

Parisdə “Qara bağ” adlı fotosərgi təqdim olunub

Tarix:26-11-2021, 15:46
Baxış Sayı:185

Parisdə “Qara bağ” adlı fotosərgi təqdim olunub
Parisdə “Qara bağ” adlı fotosərgi təqdim olunub
Parisdə “Qara bağ” adlı fotosərgi təqdim olunub
Parisdə “Qara bağ” adlı fotosərgi təqdim olunub
Parisdə “Qara bağ” adlı fotosərgi təqdim olunub
Parisdə “Qara bağ” adlı fotosərgi təqdim olunub

Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində gənc fotojurnalist Maya Bağırovanın “Qara bağ” adlı fotosərgi təşkil edilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan sərgidə fotoqrafın 30 ilə yaxın müddət ərzində Ermənistanın işğalı altında qalmış Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan rayonlarından çəkdiyi fotolar nümayiş etdirilib. Fotofaktlar əsasında işğaldan azad edlmiş Azərbaycan şəhər və kəndlərində yaşayış binalarının, şəxsi evlərin, muzeylərin, tarixi, dini və mədəniyyət abidələrinin erməni işğalçıları tərəfindən tamamilə darmadağın edildiyinə diqqət cəlb olunub. Çəkdikləri əsərlərdə daha çox ağ-qara rənglərə üstünlük verən fotoqraf fransız ictimaiyyətinə erməni vandallarının törətdikləri vəhşilikləri əyani olaraq göstərib.

Tədbir çərçivəsində Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsinə həsr edilmiş və 27 sentyabr – Anım Günündə işıq üzü görmüş “Qarabağ” adlı broşürlər ziyarətçilərə təqdim olunub.

Qeyd edək ki, Bakı Musiqi Akademiyasında skripka üzrə təhsil almış Maya Bağırova sonradan Nərgiz Xeyriyyə Fondunun dəstəyi ilə təhsilini Speos Paris Fotoqrafiya İnstitutunda davam etdirib. “Paris Match” jurnalı ilə əməkdaşlıq edən fotoqraf Fransada fotojurnalistika üzrə təhsilini təkmilləşdirib.

Azərbaycan Fotoqraflar Birliyinin üzvü olan Maya xanımın Azərbaycan və Fransada bir neçə sərgisi təşkil olunub. Parisdəki “Sensespace” sosial innovasiyalar mərkəzində “Azərbaycanlı qaçqın uşaqlar” adlı fotosərgisində Ermənistanın işğalçı siyasəti və etnik təmizləmə siyasəti nəticəsində doğma yurdlarından didərgin düşmüş, öz vətənlərində qaçqın və məcburi köçkün durumunda yaşamağa məcbur olan azərbaycanlı uşaqların həyatı fransız ictimaiyyətinin nəzərinə çatdırılıb.

2015-ci ildə Luvr Muzeyinin Karusel salonunda keçirilən SNBA fotosərgisi “Fotoqrafiya” nominasiyasının 2 qızıl medalına və “Jan Larivyer” mükafatına layiq görülüb.

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb
Oğurluq
Oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib
Qubada yerin təkindən qanunsuz istifadə ilə bağlı tədbir keçirilib
DİN HESABAT
DİN HESABAT