veten informasiya agentliyi

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Dövlət Komitəsində olub

Tarix:24-11-2021, 17:39
Baxış Sayı:225

Rusiya Prezidentinin xüsusi nümayəndəsi Dövlət Komitəsində olub

Bu gün Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy ilə görüşüb.

Qonağı salamlayan Komitə sədri ölkəmizin diaspor siyasəti və xaricdə yaşayan azərbaycanlılar barədə məlumat verib, Rusiyada yaşayan azərbaycanlıların ölkənin mədəni və ictimai həyatına sürətlə inteqrasiya etdiklərini bildirib. Görüş zamanı Fuad Muradov Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsinin və iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsinin önəminə toxunub.

Səmimi qəbula görə təşəkkürünü bildirən Mixail Şvıdkoy qloballaşan dünyada mədəni dialoq qurmağın vacibliyindən söz açıb. Qonaq bildirib ki, Rusiya və Azərbaycan arasında münasibətlər mədəni sahələrdə də uğurla davam edir və rəsmi Moskva Azərbaycanla əməkdaşlığa böyük önəm verir.

Görüşdə Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu da iştirak edib.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə