veten informasiya agentliyi

ABŞ-ın iki şəhərində “Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü günü" elan edilib

Tarix:14-10-2021, 18:14
Baxış Sayı:238

ABŞ-ın iki şəhərində “Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü günü" elan edilib
ABŞ-ın iki şəhərində “Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü günü" elan edilib

ABŞ-ın Minnesota ştatının Minneapolis və Börnsvill (Burnsville) şəhərlərinin rəhbərliyi 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə soydaşlarımıza bəyannamələr ünvanlayıb.

Minneapolis şəhər meri Ceykob Frey və Burnsville şəhər meri Elizabet Kautzun imzaladıqları sənədlərdə Azərbaycan əsilli amerikalıların Minnesota ştatı cəmiyyətinin fəal üzvləri olduqları, milli müxtəlifliyin, mədəniyyətlərarası qarşılıqlı anlaşmanın təminatına, bu ştatda sülhün inkişafına töhfə verdikləri nəzərə çatdırılıb.

Bəyannamələrdə Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyəti ilə görüşdən sonra ABŞ Prezidenti Vudro Vilsonun "Azərbaycan liderləri azadlıq, hüquq və ədalət konsepsiyalarına yanaşmada mənim ideallarımı bölüşürlər" fikrini söylədiyi, hazırda Azərbaycanın NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramının fəal iştirakçısı olduğu yada salınıb.

Ölkəmizin 1922-ci ildən 1991-ci ilədək SSRİ-nin tərkibində olduğunu və 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyinin Bərpası haqqında Konstitusiya Aktını qəbul etdiyini nəzərə alan merlər 18 oktyabr 2021-ci il tarixini "Minneapolis və Burnsville şəhərlərində “Azərbaycanın müstəqilliyinin bərpasının 30-cu ildönümü günü" elan ediblər.

Qeyd edək ki, bəyannamələrin təşəbbüskarı Minnesota-Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallis olub.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə