veten informasiya agentliyi

Əkin sahələrində yanğınlarla bağlı sığorta ödənişləri həyata keçiriləcək

Tarix:16-07-2021, 18:27
Baxış Sayı:53

Əkin sahələrində yanğınlarla bağlı sığorta ödənişləri həyata keçiriləcək

Son dövrlər ölkənin müxtəlif ərazilərində açıq sahələrdə baş verən yanğınlar əkin sahələrinə də zərər verib. Artıq yanğınların əkin sahələrinə vurduğu zərərlə bağlı Aqrar Sığorta Fonduna müraciətlər başlanıb. İlkin müraciətlər Samux və Hacıqabul rayonlarında sığortalanmış taxıl sahələri ilə bağlıdır. Bundan başqa, İsmayıllıda dolu vurması nəticəsində üzüm bağına dəyən zərərlə bağlı Fonda müraciət daxil olub. Hazırda daxil olan müraciətlər Aqrar Sığorta Fondunda araşdırılır, müstəqil ekspertlər tərəfindən sahələrə baxış keçirilir, dəyən zərərin həcmi müəyyənləşdirilir. Müvafiq prosedurlar tamamlandıqdan sonra həmin hadisələrlə bağlı ödənişlərin verilməsi nəzərdə tutulur.

Aqrar Sığorta Fondu bir daha fermerlərin nəzərinə çatdırır ki, sığortalı əkin sahələrində istənilən səbəbdən baş verən yanğın sığorta hadisəsi sayılır. Yanğın hadisəsi nəticəsində dəyən zərərin həcminə uyğun olaraq sığorta ödənişi həyata keçiriləcək. Aqrar Sığorta Fondu fermerlərin diqqətinə çatdırır ki, baş verən yanğınları və təbiət hadisələrini, onların nəticəsində təsərrüfatlarına dəyən zərəri nəzərə alaraq öz əkin sahəlirini vaxtında sığortalasınlar. Müşahidələr göstərir ki, yanğınlar və təbiət hadisələri ehtimalı yüksək olan riskilərdir və fermerlərin təsərrüfatlarına böyük zərər vuraraq onları gəlirdən məhrum edə bilər. Aqrar sahədə çalışan iş adamları və fermerlərin belə hallarla üzləşməməsi, məhsullarını, gəlirlərini və investisiyalarını itirməməsi üçün Aqrar Sığorta Fondu onları öz təsərrüfatlarını, payızlıq əkin sahələrini sığortalamağa dəvət edir.

Qeyd edək ki, fermerlər payızlıq əkinlərin sığortalanmasına artıq avqustun sonundan başlayaraq müraciət edə bilərlər. Bunun üçün Aqrar Sığorta Fondu (Telefon: 1651), aqrar sığorta sistemində təmsil olunan sığorta şirkətləri, eləcə də rayonlardakı Dövlət Aqrar İnkişaf Mərkəzlərinə (DAİM) müraciət etmək kifayətdir.

Hazırda aqrar sığorta mexanizmi vasitəsilə 14 bitki və əkin sahələrini (o cümlədən taxıl, qarğıdalı və pambıq), kənd təsərrüfatı heyvanlarını (südlük inəkləri) və akvakultura məhsullarını (balıqçılıq təsərrüfatlarını) sığortalamaq mümkündür. Fermerlər və iş adamları öz əkin sahələrinin sığortalanması üçün tələb olunan sığorta haqlarını Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəki aqrar sığorta kalkulyatoru (https://asf.gov.az/insurance-calculators/crop-insurance) vasitəsilə müstəqil şəkildə sığortalaya bilərlər.

Dövlət başçısının yeni Fərmanı ilə DOST Agentliyinin səlahiyyət və xidmətləri sırası daha da genişlənib
Dövlət başçısının yeni Fərmanı ilə DOST Agentliyinin səlahiyyət və xidmətləri sırası daha da genişlənib
İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi İlahiyyat İnstitutunda olub
İraq Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birinci katibi İlahiyyat İnstitutunda olub
Vahid əlaqələndirmə mərkəzlərinə 700-ə yaxın şəhid ailəsi üzvü və qazi müraciət edib
Vahid əlaqələndirmə mərkəzlərinə 700-ə yaxın şəhid ailəsi üzvü və qazi müraciət edib
Sumqayıtda qohum və tanıışlarına məxsus 5 evdən oğurluq edən şəhər sakini saxlanılıb
Sumqayıtda qohum və tanıışlarına məxsus   5 evdən oğurluq edən şəhər sakini saxlanılıb
Şəhid ailəsinə guya övladlarının həlak olmadığını, əsirlikdə olduğunu deyərək onları dələduzluq yolu ilə aldadan şəxslər saxlanılıblar
Şəhid ailəsinə guya övladlarının həlak olmadığını, əsirlikdə olduğunu deyərək onları dələduzluq yolu ilə aldadan şəxslər saxlanılıblar
Vahid əlaqələndirmə mərkəzlərinə 700-ə yaxın şəhid ailəsi üzvü və qazi müraciət edib
Vahid əlaqələndirmə mərkəzlərinə 700-ə yaxın şəhid ailəsi üzvü və qazi müraciət edib
Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə Respublika Elmi Konfransı keçiriləcək
Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə Respublika Elmi Konfransı keçiriləcək
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 507-ə, marafon üzrə işlə təmin edilənlərin sayı 715-ə çatıb
“Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 507-ə, marafon üzrə işlə təmin edilənlərin sayı 715-ə çatıb