veten informasiya agentliyi

Lənkəran polisi sosial şəbəkədə tanış olduğu qadınları şantaj edən şəxsi yaxalayıb

Tarix:9-04-2021, 17:38
Baxış Sayı:215

Lənkəran polisi sosial şəbəkədə tanış olduğu qadınları şantaj edən şəxsi yaxalayıb

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəranda yaşayan S.Ə adlı bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək sosial şəbəkə vasitəsilə tanış olduğu şəxsin onun şəkillərini yayacağı və barəsində rüsvayedici məlumatlar paylaşacağı ilə hədələyərək ondan pul tələb etməsini bildirib. Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Masallı rayon sakini Elvin Eyvazov olduğu müəyyən edilib. Həmin şəxs özünü xanım kimi təqdim edərək sosial şəbəkədə tanış olduğu qadından 100 manat aldığını, daha sonra isə eyni məzmunlu tələbləri təkrarladığını etiraf edib.
Ətrafında aparılan araşdırmalarla onun Astara rayon sakini olan başqa bir qadını da eyni üsulla hədələyərək pul tələb etdiyi müəyyən edilib.

E.Eyvazovun analoji əməllərindən zərərçəkən şəxslər varsa polisə müraciət etmələri xahiş olunur.
Faktla bağlı araşdırma aparılır

DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Beyləqanda saxlanılanlardan 5 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” aşkarlanıb
Beyləqanda saxlanılanlardan 5 kiloqram narkotik vasitə və 1 ədəd “Kalaşnikov” aşkarlanıb
RUHUYLA DANIŞAN İNSAN...
RUHUYLA DANIŞAN İNSAN...
Məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların valideynləri ilə görüş keçirilib
Məktəbəqədər təhsil müəssisələrində təhsil alan uşaqların valideynləri ilə görüş keçirilib
RFO-nun respublika mərhələsinin yarımfinal turunda qalib olan şagirdlərlə görüş keçirilib
RFO-nun respublika mərhələsinin yarımfinal turunda qalib olan şagirdlərlə görüş keçirilib