veten informasiya agentliyi

Rektor Gənclər Günündə Vətən müharibəsində iştirak edən tələbələrlə görüşdü

Tarix:2-02-2021, 13:19
Baxış Sayı:35

Rektor Gənclər Günündə Vətən müharibəsində iştirak edən tələbələrlə görüşdü

Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev 2 fevral – Gənclər Günündə universitetin Vətən müharibəsində iştirak edən tələbələri ilə görüşüb. Rektor bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük müharibəsi nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub.

Bu Şanlı Qələbədə AzTU-nun tələbə və məzunlarının rolunun olması qürurvericidir. Tələbələrimizin təhsillərini dondurub Vətən uğrunda döyüşə getməsi isə universitetdə vətənpərvərlik ruhunun yüksək olduğunun bariz nümunəsidir.

Rektor deyib ki, AzTU tələbələri müxtəlif illərdə döyüş və qeyri-döyüş şəraitində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına döyüşüb. Universitetimizin Vətən müharibəsində iştirak edən tələbə və məzunları arasında 26 nəfər şəhidlik zirvəsinə ucalıb. Rektor qeyd edib ki, Vətən müharibəsində gənclər də yüksək iradə, əzm, milli ruh və vətənpərvərlik nümayiş etdirib. Prezident, Ali Baş Komandan İlham Əliyev də Şuşaya səfəri zamanı Şanlı Qələbəmizin qazanılmasında gənclərin rolunu xüsusi vurğulayıb.

“Mən hər zaman deyirəm ki, siz tələbələr bu universitetin sahiblərisiz. Artıq siz qalib ölkənin tələbələrisiz. Bundan sonra sizin təhsil sahəsində də uğur qazanmağınız istiqamətində universitet səylərini əsirgəməyəcək. Çünki, Azərbaycanın gələcəyi məhz siz gənclərin əlindədir. Siz qalib ölkənin savadlı gəncləri kimi yetişməli və gələcək nəsillərə öz biliklərinizi ötürməlisiniz”-deyə rektor əlavə edib.
Qeyd edək ki, Vətən müharibəsində iştirak edən tələbə və məzunlar üçün AzTU-da Kompleks Qayğı Proqramı hazırlanıb. Bu proqrama əsasən Vətən müharibəsində iştirak edənlərlə bağlı universitet tərəfindən müxtəlif layihələr həyata keçirilir.

Rektor Gənclər Günündə Vətən müharibəsində iştirak edən tələbələrlə görüşdü
Rektor Gənclər Günündə Vətən müharibəsində iştirak edən tələbələrlə görüşdü
Rektor Gənclər Günündə Vətən müharibəsində iştirak edən tələbələrlə görüşdü
Rektor Gənclər Günündə Vətən müharibəsində iştirak edən tələbələrlə görüşdü
Rektor Gənclər Günündə Vətən müharibəsində iştirak edən tələbələrlə görüşdü
Rektor Gənclər Günündə Vətən müharibəsində iştirak edən tələbələrlə görüşdü
Rektor Gənclər Günündə Vətən müharibəsində iştirak edən tələbələrlə görüşdü
Rektor Gənclər Günündə Vətən müharibəsində iştirak edən tələbələrlə görüşdü
Rektor Gənclər Günündə Vətən müharibəsində iştirak edən tələbələrlə görüşdü

İsmayıllıda daha bir Qarabağ veteranı yüksək vəzifəyə təyin olunub

AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUTU
AZƏRBAYCAN İLAHİYYAT İNSTİTUTU
İsmayıllıda çay məcralarının və suvarma kanallarının təmizlənmə işləri davam etdirilir

2021-ci il mart ayının 1-də daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat

Nazir Sahil Babayev: “Yaralanmış, amputasiya olunmuş hər bir qazimizi yüksək texnologiyalı, elektron protezlərlə təmin edəcəyik”

Misir, Əlcəzair, İraq və İordaniya mətbuatında azərbaycanlı şərqşünas və jurnalist Haşim Məmmədovun Azərbaycanla ərəb ölkələri arasında diplomatik və iqtisadi əlaqələrdən bəhs edən geniş məqaləsi dərc edilib.

Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Beynəlxalq Simpoziumda onlayn iştirak edib

Azərbaycan İlahiyyat İnstitutunda ilin yekunlarına həsr olunmuş iclas keçirilib