veten informasiya agentliyi

Mədəniyyət paytaxtımız Şuşanın Azərbaycan üçün hansı zirvədə olması bütün dünyaya bir daha sübut olundu

Tarix:16-01-2021, 21:05
Baxış Sayı:382

Mədəniyyət paytaxtımız Şuşanın Azərbaycan üçün hansı zirvədə olması bütün dünyaya bir daha sübut olundu
Məşhur Məmmədov
Milli Məclisin deputatı

Dünən bütün diqqətləri özündə cəmləmiş cənab Prezidentin Şuşa səfərindən hələ çox danışılacaq, çox yazılacaq. Cənab Prezidentin cəmi 5 saat yatmasını, Şuşaya səfərini həyacanla gözləməsini dilə gətirməsi Vətənimizi necə sevməsini, necə vətənpərvər olmasını bir daha sübut etdi. Onun Şuşanı qarış-qarış gəzməsi Şuşanın Azərbaycan üçün, şəxsən onun üçün necə bir müqəddəs şəhər olmasını, Şuşanın bizim qəlbimizdə hansı yer tutmasını bütün çalarları ilə özündə əks etdirdi.

Mədəniyyət beşiyimiz, mədəniyyət paytaxtımız olan Şuşada cənab Prezidentin hər bir mədəniyyət abidəsinə, hər bir tarizi abidəyə həssaslıqla yanaşması, onların tarixi barədə dəqiq məlumatlar verməsi onun peşəkar diplomatiya ilə yanaşı tariximizi də çox yaxşı bilməsinin təzahürü idi.
Cənab Prezidentin diplomatik bacarığının, iradəsinin, qətiyyətinin qələbəmizin əsas faktoru olduğunu bilməyən yoxdu. O, özünü əsl Müzəffər Ali Baş Komandan kimi təvazökarlıqdan uzaq tutaraq zəfər qələbəmizin qazanılmasının səbəbkarı kimi müzəffər ordusunun əsgərlərini təqdim etdi; əsasən də 17 yaşlı əsgərlərimizi. Bu, Prezidentimizin Ordumuza, əsgərlərimizə verdiyi ən yüksək dəyər idi. Çıxışında şəhidlərimizi ehtiramla yad edən cənab İlham Əliyevin hər bir şəhid ailəsinin evlə təmin olunacağını biıdirməsi çox sualların cavabı, çox ailələrin təsəllisi idi.

Bir zamanlar Paşinyanın Yallı gedib, bizi provakasiyaya çəkməyə çalışdığı Cıdır düzündə Prezidentin ailə üzvləri ilə paxlava ilə çay içməsi çoxlarına sübniminal mesaj idi. Çünki Ali Baş Komandan İlham Əliyevi provakasiyalarla beynəlxalq hüquq normalarına zidd hərəkətlərə cəlb etmək cəhdi alınmadı. Təcrübəsi, diplomatik bacarığı, uzaqgörənliyi ilə sübut etdi ki, nəyi nə zaman edəcəyini o, hamıdan yaxşı bilir.

Səfərin ən duyğulu anları güllələnmiş heykəllərimizin yenidən Şuşaya qovuşması, ruhlarının şad olması idi.

Tarixi abidələrimizin, xüsusilə dini ibadətgahlarımızın, məscidlərimizin dağıdılmasını barbarlıq adlandıran Prezident İlham Əliyevin qərəzli beynəlxalq təşkilatları isti ofislərində, yumşaq kreslolarda yox, hadisə yerinə gəlib hər şeyi öz gözləri ilə görüb hesabat hazırlamağa çağırış etməsi onlara göndərilən tənəli mesaj idi, əminəm ki, mesaj elə deyilən andan sahiblərinə çatıb.

Özlərini üzdə qardaş, müsəlman ölkə göstərib ermənilərə dəstək verən müsəlman ölkələri də cənab Prüzidentin sərt qınağına tuş gəldi, ümidvaram ki, o ikiüzlü ölkələr gələsək siyasətlərində bütün bu haqlı tənqidləri nəzərə alacaqlar. Cənab Prezidentin - Mən Şuşaya qələbə yolu ilə gəlmişəm, kəlməsi hamımızı qürurlandırsa da, işğalçı ölkələr və onların havadarlarının qulağında hələ çox cingildəyəcək, bu kəlmə çox yuxuları kabusa çevirəcək. Şuşanı fəth edən qəhrəman igidlərimizin döyüş taktikası dünya üçün maraqlı və sirli olaraq qalmaqdadı, onların bizdən təcrübə cəhətdən öyrənəcəkləri çoxdu.
Cənab Prezidentlə bərabər səfəri ekranlardan və sosial şəbəkələrdən izləyən hər birimiz, sanki gedib o müqəddəs tarixi yerlərimizi ziyarət edib gəldik.
İnanırıq ki, belə səfərlər tez-tez olacaq, işğaldan azad olunmuş tirpaqlarda aparılan abadlıq-quruculuq işləri cənab Prezidentin həmişə diqqətində olacaq, vətəndaş olaraq hər birimizin çox yaxın zamanlarda cənnət-məkana çevrilən ərazilərə səhayət imkanımız olacaq.

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə