veten informasiya agentliyi

Azərbaycan Texniki Universiteti ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

Tarix:12-01-2021, 16:05
Baxış Sayı:26



Azərbaycan Texniki Universiteti ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

Yanvarın 12-də Azərbaycan Texniki Universiteti (AzTU) ilə “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Videoformatda təşkil olunan tədbirdə hər iki tərəfin məsul şəxsləri ilə yanaşı, Türkiyənin İstanbul Texniki Universitetinin prorektoru Hüseyin Kızıl və digər nümayəndələri iştirak edib.

Sənədi rektor Vilayət Vəliyev və QSC-nin İdarə Heyətinin sədrinin müavini Xəyyam Fərzəliyev imzalayıb.

Memoranduma əsasən, qarşılıqlı razılıq əsasında ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, bu sahədə yeni texnologiyaların tətbiqi və ixtisaslı kadr hazırlığı konsepsiyalarının birgə layihələndirilməsi və tətbiqi nəzərdə tutulur. Bundan başqa, sənəddə universitetin müxtəlif fakültələrinin bakalavriat və magistratura pillələrində təhsil alan tələbələrinin şirkətin istehsalat təcrübəsinə cəlb olunması da öz əksini tapıb. İstehsalat təcrübəsində seçilmiş tələbələrin elmi-tədqiqat və layihələndirmə işlərinə cəlb edilməsi, diplom, elmi işlər və digər tədqiqat layihələri üçün tələb olunan mövzuların birgə tərtibi, həmçinin fərqlənmiş tələbələrə QSC-nin təqaüd və mükafatlarının verilməsi də nəzərdə tutulub.
Azərbaycan Texniki Universiteti ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb
Azərbaycan Texniki Universiteti ilə “AzerGold” QSC arasında əməkdaşlıq memorandumu imzalanıb

İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır
İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır
Azərbaycan İlahiyyat İnstitutu “Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu elan edir
Azərbaycan İlahiyyat İnstitutu “Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu elan edir
Novruz Aslanov fəaliyyəti barədə hesabat verdi
Novruz Aslanov fəaliyyəti barədə hesabat verdi
İsmayıllı rayonunda daha bir məktəb inşa olunur
İsmayıllı rayonunda daha bir məktəb inşa olunur
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Mədəniyyət paytaxtımız Şuşanın Azərbaycan üçün hansı zirvədə olması bütün dünyaya bir daha sübut olundu
Mədəniyyət paytaxtımız Şuşanın Azərbaycan üçün hansı zirvədə olması bütün dünyaya bir daha sübut olundu
Ömrü İşıq olan İnsan!
Ömrü İşıq olan İnsan!
Şərəfli alim ömrü
Şərəfli alim ömrü