veten informasiya agentliyi

Şəhid ailələri və qazilər özünüməşğulluq proqramına qoşuldu

Tarix:7-01-2021, 20:01
Baxış Sayı:23

Şəhid ailələri və qazilər özünüməşğulluq proqramına qoşuldu

İsmayıllıda şəhid ailələri və qazilər daim diqqətdə saxlanılır. Onlarla mütəmadi görüşlər keçirilir, qayğıları ilə maraqlanılır, problemləri öyrənilir və həlli istiqamətində tədbirlər görülür. 11 saylı Ərazi Məşğulluq Mərkəzi filialının əməkdaşları tərəfindən Vətən müharibəsində İsmayıllı rayonundan şəhid olmuş hərbi qulluqçuların ailə üzvülərinin eləcədə, qazilərin yaşadıqları ünvanlarda görüşlər keçirilib və onların məşğulluq sahəsində olan ehtiyacları müəyyən olunub.

Görüş keçirilmiş şəhid ailəsi üzvlərindən 11-i, qazilərdən isə 26-nın aqrar təsərrüfat, avtomobillərin yuyulması və təmiri avadanlıqları, tekstil, qadın gözəllik salonu, şirniyyat sexi və başqa sahələri əhatə edən özünüməşğulluq proqramına qoşulması təmin olunub, digərlərinin də istəklərinə uyğun məşğulluq tədbirləri ilə təmin olunması üçün müvafiq işlər görülür. Həmçinin, 2 qazimiz öz istəyinə uyğun sosial iş yeri ilə təmin olunub.

Şəhid ailələrinin üzvləri və qazilər görüşlərdə arzu və təkliflərini bildirməklə yanaşı onlara daim qayğı ilə yanaşan ölkəmizin başcısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq edib, rayon rəhbərliyinə və ictimaiyyətinə təşəkkürlərini bildiriblər.

Məlumat üçün bildiririk ki, ölkə rəhbərinin tapşırığı ilə İsmayıllı rayonunda şəhid ailələrinin üzvləri və qazilər ilə görüşlərin keçirilməsi davam edəcək, dövlətin yaratdığı bütün imkanlardan onların istifadə etmələri üçün köməklik olunacaqdır.
Şəhid ailələri və qazilər özünüməşğulluq proqramına qoşuldu
Şəhid ailələri və qazilər özünüməşğulluq proqramına qoşuldu

İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır
İsmayıllıda ilkin vaksinləşmə prosesi başlanılır
Azərbaycan İlahiyyat İnstitutu “Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu elan edir
Azərbaycan İlahiyyat İnstitutu “Din araşdırmaları” jurnalının altıncı sayına məqalə qəbulu elan edir
Novruz Aslanov fəaliyyəti barədə hesabat verdi
Novruz Aslanov fəaliyyəti barədə hesabat verdi
İsmayıllı rayonunda daha bir məktəb inşa olunur
İsmayıllı rayonunda daha bir məktəb inşa olunur
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov “Azərbaycanda dini plüralizmin tarixi” mövzusunda onlayn tədbirdə iştirak edib
Mədəniyyət paytaxtımız Şuşanın Azərbaycan üçün hansı zirvədə olması bütün dünyaya bir daha sübut olundu
Mədəniyyət paytaxtımız Şuşanın Azərbaycan üçün hansı zirvədə olması bütün dünyaya bir daha sübut olundu
Ömrü İşıq olan İnsan!
Ömrü İşıq olan İnsan!
Şərəfli alim ömrü
Şərəfli alim ömrü