veten informasiya agentliyi

İlham Əliyev ölkəmizə yönələn beynəlxalq təzyiqləri mətinliklə dəf etdi

Tarix:14-11-2020, 12:58
Baxış Sayı:394

İlham Əliyev ölkəmizə yönələn beynəlxalq təzyiqləri mətinliklə dəf etdi


Anar MƏMMƏDOV
Milli Məclisin deputatı


Azərbaycan illərlə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün beynəlxalq ictimaiyyəti ədalətli olmağa, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmasına çağırsa da, 30 ilə yaxın müddətdə ölkəmizin haqq səsi qulaq ardına vuruldu. Bunun əksinə olaraq həmsədrlər “münaqişənin hərb yolu ilə həll variantı yoxdur”, “münaqişə ancaq sülh yolu ilə həll oluna bilər” kimi bəyanatlar verir, ATƏT-in MQ həmsədrlərinin fəaliyyəti və regiona səfərləri isə daha çox qeydiyyat xarakteri daşıyırdı. Azərbaycanın uzun illər münaqişənin sülh yolu illə həllinə çalışdığı bir vəziyyətdə təcavüzkar Ermənistan isə mütəmadi hərbi təxribatlarla danışıqlar prosesini pozmağa cəhd edirdi. Əlbəttə ki, bu da gözlənilən idi. Çünki, Ermənistan faktiki olaraq dünya ictimaiyyəti tərəfindən heç bir təzyiqə məruz qoyulmurdu və bu, Ermənistanı öz hərbi cinayətlərini davam etdirməklə yanaşı yeni ərazi iddiaları ilə çıxış etməyə cürət edəcək qədər azğınlaşmağa sövq etmişdi.

Daim danışıqlar yolu ilə münaqişənin dinc yolla həllinə tərəfdar olan Azərbaycan bunun mümkün olmadığı halda torpaqlarımızı işğaldan azad etmək üçün öz hüquqlarından istifadə edərək güc yolu ilə torpaqlarımızı azad etmək iqtidarında olduğunu da dəfələrlə beynəlxalq tribunalardan bəyan etmişdir. Sentyabrın 27-də Ermənistanın ardıcıl təxribatlarını dayandırmaq üçün Azərbaycanın həyata keçirdiyi əks-hücum həmlələrindən narahat olan vasitəçilər belə bir zamanda, xüsusilə Fransanın ciddi cəhdlərlə bu prosesi dayandırmağa çalışması, Prezident Makronun Rusiya, ABŞ rəhbərliyi ilə təmasları, ardıcıl Azərbaycan Prezidentinə zənglər etməsinin məqsədi də Ermənistanı tam iflasdan qurtarmaq idi. Təsadüfi deyil ki, sonda Fransa XİN öz simasını tam ifşa edərək açıq ermənipərəst bəyanat da yaydı. Amma hər halda erməni tərəfi üçün məğlubiyyət qaçılmaz idi və müharibənin başladığı 44 gün ərzində onlar Azərbaycanın hərbi-siyasi gücü qarşısında aciz vəziyyətə düşdü. Bununla da Fransanın Qarabağda yeni müstəmləkə dövlət əldə etmək cəhdləri puça çıxdı və sülhməramlı qismində Fransanın Qarabağa gəlişinə Azərbaycan mane oldu. Azərbaycan Prezidenti İlham Əliyevin diplomatik səriştəsi, liderlik keyfiyyətləri, Rusiya ilə qurduğu yüksək səviyyəli münasibətlər nəticəsində isə Ukraynaya, Gürcüstana münasibətdə tətbiq edilən ssenariləri işə salmaq cəhdləri də puça çıxdı.

Sözsüz ki, qələbənin əldə olunmasında ən böyük amil Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsidir. Azərbaycan Prezidenti xalqının qürurunun tapdanmasına imkan vermədi. Azərbaycan əsgəri canı-qanı bahasına torpaqlarını azad etdi. Müharibədən sonra hər kəs dövlətin və dövlət başçısının nə qədər böyük sınaqlardan çıxdığını, hansı böyük təzyiqlərə məruz qaldığının şahidi oldu. Bunun nəticəsidir ki, bu gün dünyanın əksər aparıcı beynəlxalq təşkilatları münaqişə ilə bağlı ədalətli qətnamələr, qərarlar qəbul edərək birmənalı şəkildə Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.

Böyük Qayıdış Cəbrayıldan başlamışdı
Böyük Qayıdış Cəbrayıldan başlamışdı
Dünya azərbaycanlıları bəyanat yayıb
Dünya azərbaycanlıları bəyanat yayıb
Barselonada yaşayan həmyerlimiz “Egypt Open 2022” yaddaş çempionatında qızıl medal qazanıb
Barselonada yaşayan həmyerlimiz “Egypt Open 2022” yaddaş çempionatında qızıl medal qazanıb
Rektor müəllimlərlə görüşüb
Rektor müəllimlərlə görüşüb
Nəsimi rayonunda elektronika malları satılan mağazada baş verən yanğının geniş miqyas almasının qarşısı mühafizə polisləri tərəfindən vaxtında alınıb
Nəsimi rayonunda elektronika malları satılan mağazada baş verən yanğının geniş miqyas almasının qarşısı mühafizə polisləri tərəfindən vaxtında alınıb
Təqaüdçülərin kartındakı pulları mənimsəyən Lənkəran sakini saxlanılıb
Təqaüdçülərin kartındakı pulları mənimsəyən Lənkəran sakini saxlanılıb
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ADAU-da olublar
ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ADAU-da olublar
Cumhuriyyət qurucularının varislərindən olan Leyla Keykurun-Xanxoylu dünyasını dəyişib
Cumhuriyyət qurucularının varislərindən olan Leyla Keykurun-Xanxoylu dünyasını dəyişib