veten informasiya agentliyi

Azərbaycana aqrar məsləhət xidmətləri və müsbət təcrübə modelləri təklif ediləcək

Tarix:12-11-2020, 22:02
Baxış Sayı:32

Azərbaycana aqrar məsləhət xidmətləri və müsbət təcrübə modelləri təklif ediləcək

Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının həyata keçirdiyi “Azərbaycanda aqrar məsləhət xidmətlərinin gücləndirilməsi” Layihəsinin birillik fəaliyyətinin nəticələri açıqlanıb. Kənd Təsərrüfatı Nazirliyinin və Nazirliyin Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar Elm və İnnovasiya Mərkəzi, Aqrar Xidmətlər Agentliyi, Aqrar Tədqiqatlar Mərkəzinin nümayəndələrinin, özəl şirkətlərin təmsilçilərinin daxil olduğu layihənin işçi qrupu il ərzində görülmüş işlər barədə məlumat verib, layihənin yekununa – 2021-ci ilin sonunadək planlaşdırılan işləri müzakirə edib.

Layihə rəhbəri, beynəlxalq məsləhətçi Gülcahan Qurbanova layihənin əldə etdiyi nəticələrdən danışarkən qeyd edib ki, iqtisadi rayonların aqrar xəritələşməsi tamamlanıb, aqrar məsləhət xidmətinin ölkədəki vəziyyəti haqqında qiymətləndirmə başa çatıb. Bundan başqa, aqrar məsləhət xidmətlərinin nümunəvi modellərinin seçilməsinə, xidmət təminatçılarının bazasının yaradılmasına başlanıb. Eyni zamanda, Gəncə-Qazax, Şəki-Zaqatala, Quba-Xaçmaz, Aran, Lənkəran, Yuxarı Qarabağ iqtisadi rayonlarının aqrar sahə iştirakçıları, aqrar məsləhət xidməti təminatçıları üçün seminarlar keçirilib. O, noyabr ayında digər iqtisadi rayonlar üçün də analoji tədbirlərin planlaşdırıldığını vurğulayıb. Layihə rəhbəri aqrar məsləhət xidmətlərində rəqəmsal və peyk məlumatlarından istifadə, xidmət təminatçıları, fermerlər üçün idarəetmə və maliyyə mexanizmləri, xidmətlərin hüquqi aspektləri mövzularında keçirilmiş müzakirələri vacib fəaliyyət kimi qiymətləndirib. Qeyd olunub ki, ölkədə aqrar sahəni əhatə edən digər layihələrlə tərəfdaşlığın qurulması və əməkdaşlıq haqda razılıqların əldə olunması layihənin daha bir uğurudur.

Layihənin mütəxəssisləri monitorinq və qiymətləndirmə meyarları, aqrar məsləhət xidmətlərinin qiymətləndirilməsi üzrə nəticələr, aqrar sahənini xəritələşməsinin güclü, zəif cəhətlərinin analizi barədə təqdimatlar ediblər.

FAO-nun Romadakı baş qərargahında layihənin baş texniki meneceri olan Nevena Aleksandrova Kənd Təsərrüfatı Nazirliyi və alt qurumlarına layihənin icrası ilə bağlı verdikləri dəstəyə görə təşəkkürünü bildirib. O, qarşıdakı aylarda aqrar məsləhət xidməti modelləri üzərində daha intensiv müzakirələr aparılacağına diqqət çəkib.

Layihənin əsas benefisiarı olan Aqrar Elm və İnnovasiya mərkəzinin baş mütəxəssisi Yaqub Quliyev fermerlər arasında aqrar məsləhət xidmətlərindən istifadənin təşviq olunmasının vacibliyini vurğulayıb. Qeyd edib ki, fermerlər aqrar sahədəki yeni texnologiyalara daha çox maraq göstərməlidir. İşçi qrupun üzvləri layihə tərəfindən hazırlanacaq strategiyada Azərbaycan üçün təklif ediləcək aqrar məsləhət xidmətləri modelində dövlət və özəl xidmət təminatçılarının fəaliyyətlətinin dəqiq təsvir olunmasının vacibliyini bildiriblər.

Azərbaycan Dövlət Aqrar Universitetinin prorektoru Anar Hətəmov fermerlərin aqrar məsləhət xidmətlərindən istifadəsi üçün subsidiya mexanizminin tətbiqində Türkiyə modelinin araşdırılmasını təklif edib. Layihə rəhbəri Gülcahan Qurbanova həm qabaqcıl beynəlxalq təcrübələrin, həm də yerli tələblərin nəzərə alınaraq, ölkə üçün uyğun model hazırlanacağını, həmin modeldə bütün bu məqamların nəzərə alınacağını bildirib.

3 dekabr-Beynəlxalq Əlillər Günüdür
3 dekabr-Beynəlxalq Əlillər Günüdür
“COVID-19-la mübarizədə birlikdə güclüyük” vebinarı keçirilib
“COVID-19-la mübarizədə birlikdə güclüyük” vebinarı keçirilib
İsmayıllıda qazilərin ailələri növbəti dəfə ziyarət olunub
İsmayıllıda qazilərin ailələri növbəti dəfə ziyarət olunub
"Biz Qalibik! Qaliblər mühakimə olunmur." Müsahibimiz Millət Vəkili professor Rüfət Quliyevdir.
Azərbaycan İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi uğurla davam edir
Azərbaycan İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi uğurla davam edir
Pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır - OPERATİV MƏLUMAT
Pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır - OPERATİV MƏLUMAT
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Azərbaycanda HİV ilə bağlı vəziyyətdən danışıb
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Azərbaycanda HİV ilə bağlı vəziyyətdən danışıb
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün  müavinət təyin olunacaq