veten informasiya agentliyi

Fermerlərə informasiya-məsləhət xidməti göstərən elektron resurslar təkmilləşdirilir

Tarix:11-11-2020, 18:19
Baxış Sayı:24

Fermerlərə informasiya-məsləhət xidməti göstərən elektron resurslar təkmilləşdirilir


Fermerlərə informasiya-məsləhət xidmətinin göstərilməsi kənd təsərrüfatının inkişafını təmin edəcək əsas istiqamətlərdən biri sayılır. Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələri tərəfindən aqrar sahənin müxtəlif istiqamətlərinə dair təlimlər keçirilir. Təlimlərə cəlb olunan fermerlərə aqrar fəaliyyətin təşkilinin ən müxtəlif istiqamətləri, aqrar qanunvericilikdə yeniliklər və s. haqqında geniş məlumat verilir.

Təlimlər ixtisaslaşmış təlimçilər tərəfindən keçirilir. Təlim qrafiki müvafik struktur bölmələr tərəfindən hazırlanır, qrafik hazırlanan zaman yerlərdə fermerlərin təlim ehtiyacları nəzərə alınır.

İnformasiya-məsləhət xidmətinin genişləndirilməsi məqsədilə istifadə olunan elektron resurslar daim təkmilləşdirilir. “Agroinfo.az” elektron resurslarında fermerlər bitkiçilik və heyvandarlığın ən aktual məsələləri üzrə maarifləndirici yazılar və təlim materialları ilə tanış ola bilərlər.

Elektron resursda Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən istifadə, bitkiçilik, heyvandarlıq, kənd təsərrüfatı texnikasının istismarı və təhlükəsizlik qaydaları, texniki bitkilər, bitki və heyvanların zərərverici xəstəlikləri və onlarla mübarizə qaydaları haqqında materiallar yerləşdirilib. Fermerlər elektron resursdan istifadə etməklə həm təlim materilları ilə tanış ola, həm də onları maraqlandıran mövzular üzrə təlimlərin qrafiki ilə tanış ola bilərlər

3 dekabr-Beynəlxalq Əlillər Günüdür
3 dekabr-Beynəlxalq Əlillər Günüdür
“COVID-19-la mübarizədə birlikdə güclüyük” vebinarı keçirilib
“COVID-19-la mübarizədə birlikdə güclüyük” vebinarı keçirilib
İsmayıllıda qazilərin ailələri növbəti dəfə ziyarət olunub
İsmayıllıda qazilərin ailələri növbəti dəfə ziyarət olunub
"Biz Qalibik! Qaliblər mühakimə olunmur." Müsahibimiz Millət Vəkili professor Rüfət Quliyevdir.
Azərbaycan İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi uğurla davam edir
Azərbaycan İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi uğurla davam edir
Pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır - OPERATİV MƏLUMAT
Pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır - OPERATİV MƏLUMAT
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Azərbaycanda HİV ilə bağlı vəziyyətdən danışıb
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Azərbaycanda HİV ilə bağlı vəziyyətdən danışıb
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün  müavinət təyin olunacaq