veten informasiya agentliyi

“Azərbaycanın unikal multikulturalizm modeli Frankafoniya mediasında” layihəsi başladı

Tarix:11-11-2020, 10:06
Baxış Sayı:28

“Azərbaycanın unikal multikulturalizm modeli Frankafoniya mediasında” layihəsi başladı

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ilə birgə elan etdiyi qrant müsabiqəsində qalib olmuş “Dünyaya Pəncərə” Biləsuvar Gənclərinin İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın unikal multikulturalizm modeli Frankafoniya mediasında” layihəsi öz işinə başlamışdır. Bu barədə İctimai Birlikdən redaksiyamıza daxil olan məlumatda deyilir.

Məlumatda qeyd edilir ki, layihənin əsas məqsədi Azərbaycandakı tolerant əhval-ruhiyyə və ölkəmizdəki etnik-dini müxtəlifliyə baxmayaraq fərqli xalqların nümayəndalərinin dinc şəkildə birlikdə yaşaması barədə Fransız media oxucularının məlumatlandırılması yolu ilə mövcud multikulturalizm modelinin təbliğinin təşkilidir. Layihə çərçivəsində öncül Fransa mətbuu orqanlarından olan “L’Ami Hebdo d’Alsace”, “L’Alsace” qəzetlərində Azərbaycanda mövcud multikultural vəziyyət haqqında hazırlanmış 6 məqalə çap olunacaqdır. Layihənin həyata keçirilməsi nəticəsində görüləcək işlər Azərbaycan Respublikasına qarşı beynəlxalq arenada aparılan qarayaxma kampaniyalarının həqiqətə uyğun olmamasının hədəflənmiş oxucu kütləsinə çatdırılmasına, əkslərin vəhdəti olan Vətənimizin multikultural dəyərlərinin təbliğinin təşkilinə tövhə olacağı gözlənilir.

3 dekabr-Beynəlxalq Əlillər Günüdür
3 dekabr-Beynəlxalq Əlillər Günüdür
“COVID-19-la mübarizədə birlikdə güclüyük” vebinarı keçirilib
“COVID-19-la mübarizədə birlikdə güclüyük” vebinarı keçirilib
İsmayıllıda qazilərin ailələri növbəti dəfə ziyarət olunub
İsmayıllıda qazilərin ailələri növbəti dəfə ziyarət olunub
"Biz Qalibik! Qaliblər mühakimə olunmur." Müsahibimiz Millət Vəkili professor Rüfət Quliyevdir.
Azərbaycan İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi uğurla davam edir
Azərbaycan İlahiyyat İnstitutunda dərslərin məsafədən keçirilməsi uğurla davam edir
Pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır - OPERATİV MƏLUMAT
Pambıq yığımında orta məhsuldarlıq 33 sentnerə çatır - OPERATİV MƏLUMAT
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Azərbaycanda HİV ilə bağlı vəziyyətdən danışıb
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin rəhbəri Azərbaycanda HİV ilə bağlı vəziyyətdən danışıb
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün müavinət təyin olunacaq
Gələn ilin əvvəlindən övladlığa götürülən hər uşaq üçün  müavinət təyin olunacaq