veten informasiya agentliyi

Bərdədə 28 yaşlı qadın xəstəxanada öldü

Tarix:24-09-2020, 06:29
Baxış Sayı:915

Bərdədə 28 yaşlı qadın xəstəxanada öldü

Sentyabrın 23-də saat 17 radələrində Bərdə rayonu, Mustafağalı kənd sakini Ayşən Həsənovanın Bərdə rayon Mərkəzi Xəstəxanasında ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bununla bağlı Bərdə rayon prokurorluğu məlumat yayıb.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla müəyyən edilib ki, 1992-ci il təvəllüdlü Ayşən Həsənova qeyd edilən tarixdə “yumurtalığın boğulmuş kistası” diaqnozu ilə daxil olduğu Bərdə Rayon Mərkəzi Xəstəxanasında “kistanın çıxarılması” cərrahi əməliyyatı olunduqdan sonra ölüb.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib

Dövlət-özəl tərəfdaşlığı çərçivəsində Xaldan kənd kompleks tam orta məktəbinə kitablar ianə edilib

Yevlax məktəblilərinin direktor və fənn müəllimləri ilə görüş

Təhsil sektorları arasında intellektual çempionat keçirilib

Binəqədi rayonunda vətəndaşlar son bir neçə gün ərzində 5 ədəd tapança və 1 ədəd avtomatı könüllü polisə təhvil veriblər

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir

Bərdə Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə 6 saylı tam orta məktəbdə “Gənclər narkomaniyaya yox deyir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Ağsuda xeyli sayda silah-sursat aşkar edilib, 6 odlu silah isə könüllü təhvil verilib