veten informasiya agentliyi

Şərəfli vəzifəyə yiyələnən Mirvari xanım Zeynalova bu işin müqəddəsliyini qoruyub saxlayır

Tarix:20-05-2020, 13:23
Baxış Sayı:511

Şərəfli vəzifəyə yiyələnən Mirvari xanım Zeynalova bu işin müqəddəsliyini qoruyub saxlayır
Öz tarixinin yeni səhifəsini açan respublikamız milli və ümumbəşəri dəyərlərə söykənən demokratik, hüquqi və dünyəvi dövlət yaratmaq arzularını reallaşdımaq istiqamətində addımlar atmağa başladı.
Yalnız yetkin və güclü dövlət öz vətəndaşlarının hüquqlarının gerçəkləşməsinə, insanların rifah halının yüksəlməsinə, hüquq və azadlıqlarının qorunmasına təminat verə bilər. Azərbaycanın siyasi müstəqillik əldə etməsi və demokratik dövlət quruculuğu yoluna qədəm qoyması bu istiqamətdə əməlli addımlar atmaq üçün geniş perspektivlər açdı.
Bəli, bu situasiya üzərində o kəslər ki, müəyyən çıxış yollarının aramasını vacib sayırlar, belələri alqışa layiqdirlər. İnsan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır.
Belə insanlardan biridə Şəki Regional Mədəniyyət İdarəsinin rəisi Mirvari Zeynalovadır .
Mirvari Zeynalova hər zaman dövlətə - dövlətçiliyə , xalqa -millətə , Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət etmişdir . Şükürlər olsun ki , bu tendensiya bu gündə davam edir. Mirvari Zeynalovanın həyat səlnaməsinə nəzər salanda görürük ki , o hər zaman işinin öhdəsindən layiqincə gəlmiş , həm rəhbərliyin və həmdə rəhbərlik etdiyi kollektivin rəğbətini qazanmışdır . O , hərzaman bir rəhbər kimi öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutmuşdur .
Bizdə təcrübəli bir KİV rəhbəri kimi belə sadə məmurlarımızla qürur duymuşuq , fəxr etmişik.
Bu çətin və şərəfli işində Mirvari xanıma və bütün koolektivinə gələcək işlərində uğurlar arzulayırıq.
Ötən əsrın sonlarında cəmiyyətdə baş verən aşınmalar yaddaşlardan silinməyib. Dağılan təkcə iqtisadiyyat deyildi. Mənəvi potensialımız da sıradan çıxmışdı. Məhz Heydər Əliyevin zəkasının işığında sahmanı pozulmuş həyatımızın bütün sahələrində oldüğu kimi, mədəniyyətimizdə də nizamlanma aparıldı. Heydər Əliyev mədəniyyətə sadəcə qayğı göstərməklə kifayətlənmirdi. İstənilən musiqi əsəri, incəsənət xadiminin yaradıcılığı haqqında elə dəqiq fikirlər söyləyirdi, təhlillər edirdi ki, sənətşünaslar həsəd aparırdılar. Heydər Əliyev hər bir sənət sahibi ilə məhz o sənətin mahir bilicisi kimi söhbət edirdi.
Heydər Əliyevin xidmətləri nəticəsində Azərbaycan mədəniyyəti, sözün həqiqi mənasında, yüksəliş dövrü keçdi. Azərbaycan incəsənətinin inkişafına nail olmaq üçün Heydər Əliyev görkəmli bəstəkarların, rəssamların, kino və teatr xadimlərinin yubileylərinin dövlət səviyyəsində keçirilməsinə böyük əhəmiyyət verirdi. Ümummilli liderimizin sözləridir: “Görkəmli şəxsiyyətlər xalqımızın zəkasını, elmini, mədəniyyətini, mənəviyyatını, dünyaya nümayiş etdirirlər”.
Heydər Əliyev mədəniyyətin ictimai həyatda rolunu, mahiyyətini həmişə dəyərləndirir, mədəniyyət xadimlərini, musiqiçiləri yeni yaradıcılıq axtarışlarına ruhlandırmaq üçün onların əməyini yüksək qiymətləndirirdi.
Heydər Əliyevin unudulmaz xidmətlərindən biri də budur ki, müdrik insan müasir musiqinin yeni janrlarının yaradılması ilə bərabər, milli musiqimizin də unudulmamasına çalışırdı. Xüsusilə də Üzeyir Hacıbəyovun, Müslüm Maqomayevin əsərlərinin gənc nəsil tərəfindən öyrənilməsinə, tamaşaya qoyulmasına çox diqqət göstərirdi. Ümummilli liderin Üzeyir Hacıbəyov sənətinin ictimai əhəmiyyətini açıqlayan müdrik fikirlərindən: “Əgər nəzərə alsaq ki, əsrimizin əvvəllərində xalqımızın əksəriyyəti savadsız idi, kitab oxuya bilmirdi və kitablar da az idi, kino, televiziya və başqa vasitələr yox idi, təsəvvür edin, Ü.Hacıbəyov öz operası vasitəsilə M.Füzulinin sözlərini “Arşım mal alan”, “O olmasın bu olsun” və başqa operettaları vasitəsilə istədiyi fikirləri insanlara çatdırmaqla xalqımızın mənəvi və mədəni inkişafında nə qədər böyük xidmətlər göstəribdir ”.
Bu gün Azərbaycanda onlarla sənət adamının-yazıçıların, şairlərin, musiqiçilərin, rəssamların, memarların ev muzeyləri fəaliyyət göstərir. Azərbaycanda ev muzeylərinin yaradılmasının təşəbbüskarı da məhz Heydər Əliyevdir.
Müdrik şəxsiyyət həmişə milli mədəniyyətə, onun tarixi qaynaqlarına diqqətlə yanaşırdı. Bu səbəbdən də Azərbaycan mədəniyyətinin son illərdəki tarixi inkişaf yolu məhz Heydər Əliyevin himayəsi və nəzarəti altında davam etmişdir.
Ümummilli liderin həmişə söylədiyi-“yüksək mədəniyyətə malik olan xalq həmişə inkişaf edəcək”- fikri hamının dilinin əzbəri və əməli fəaliyyətinin əsas xətti olmuşdur.
Musiqi ayrı-ayrı xalqlara məxsus olsa da insanları birləşdirən ən yaxşı vasitədir. Bu səbəbdən də müxtəlif xalqlar arasında mədəni körpülər salmaq çox vacibdir.
Ümumilli liderimiz öz çıxışlarının birində demişdir: “Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.”
Heydər Əliyevin bir amalı vardı: “Qazanılan gəlir birinci növbədə mədəniyyətə sərf olunmalıdır. Çünki mədəniyyət hər şeydən üstündür.”

Vəsilə Bağırlı

DİN HESABAT
DİN HESABAT
Bank kartından oğurluq
Bank kartından oğurluq
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN HESABAT
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə
Yaradanım hamımızı sevir. Amma biz bir-birimizi başa düşüb sonacan sevə bilirikmi?.. - NOVRUZ ASLANOV - Müsahibə