dunya - Via.az http://via.az/ tr dunya - Via.az DataLife Engine Moskva vilayətində Novruz bayramı qeyd edilib http://via.az/gundem/25083-moskva-vilaytind-novruz-bayram-qeyd-edilib.html http://via.az/gundem/25083-moskva-vilaytind-novruz-bayram-qeyd-edilib.html Moskva vilayətində Novruz bayramı qeyd edilib
Moskva vilayətində Novruz bayramı qeyd edilib
Moskva vilayətində Novruz bayramı qeyd edilib
Moskva vilayətində Novruz bayramı qeyd edilib

Rusiyanın Moskva vilayətinin Puşkin şəhər dairəsində ilk dəfə olaraq “Moskva vilayətində Novruz” mövzusunda millətlərarası bahar bayramı keçirilib.

Bayram tədbiri Dostluq Evi Millətlər Şurasının həmsədri, “Moskva azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti” ictimai təşkilatının Puşkin bölməsinin sədri Mahir Miriyev, Dostluq Evi Millətlər Şurasının həmsədri, "Atamanın ruhu" Kazak Yaradıcılıq Birliyi Şurasının sədri Yelena Ssas, Puşkin şəhər dairəsinin yerli tatar milli-mədəni muxtariyyətinin sədri Dinara Akçurina və “Stroitel” Mərkəzi Mədəniyyət Evinin milli-mədəni qarşılıqlı əlaqə sektorunun müdiri Tatyana Klyuçnikovanın birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Moskva vilayətinin rəsmi şəxsləri, vilayət Dumasının deputatları, Azərbaycan diasporunun, müxtəlif icmaların, yerli vətəndaş çəmiyyətinin nümayəndələri, Puşkin şəhər dairəsinin sakinləri, Moskva şəhərindən və Moskva vilayətlərindən gələn qonaqlar iştirak ediblər. Qonaqlar arasında “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov, sədr müavini Həşim Əliyev, “Moskva vilayəti azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti” ictimai təşkilatının sədri Elşən İbrahimov, “Moskva vilayətinin Ruza rayonu üzrə Azərbaycan milli-mədəni muxtariyyəti” yerli ictimai təşkilatının sədri Sahib Musayev və başqaları olub.

Çıxış edənlər Novruz bayramının tarixindən, adət-ənənələrindən danışıblar, bayram münasibətilə soydaşlarımızı təbrik edib, xoş arzularını bildiriblər. Qonaqlara Azərbaycan və tatar milli-mədəni muxtariyyətləri üzvlərinin hazırladıqları Novruz şirniyyatları paylanılıb, uşaqlar üçün əyləncəli oyunlar keçirilib.

Tədbirin bədii hissəsində müxtəlif yaradıcılıq kollektivlərinin, o cümlədən “Qarabağ” instrumental rəqs ansamblının ifasında rəngarəng konsert proqramı təqdim edilib.
[i][/i]]]>
admin Wed, 22 Mar 2023 21:58:26 +0400
ABŞ-ın Minnesota ştatındakı qəzetlər Xocalı faciəsi barədə məlumat yayıb http://via.az/gundem/24992-ab-n-minnesota-tatndak-qzetlr-xocal-facisi-bard-mlumat-yayb.html http://via.az/gundem/24992-ab-n-minnesota-tatndak-qzetlr-xocal-facisi-bard-mlumat-yayb.html ABŞ-ın Minnesota ştatındakı qəzetlər Xocalı faciəsi barədə məlumat yayıb



ABŞ-ın “Dakota County Tribune” və “Sun This Week” qəzetlərinin Minnesota ştatının Farminqton və Roseville, Börnsvil və Lakeville şəhərlərini əhatə edən nəşrlərində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar məlumat dərc edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, “Unudulmaz Xocalı” və “Biz xatırlayırıq!” başlıqları ilə təqdim olunan məlumatda 1992-ci il fevralın 26-da azərbaycanlılara qarşı bir gecədə törədilmiş faciəyə diqqət cəlb edilib. Təcavüzkarın Ermənistan olduğu, 613 azərbaycanlının bir gecədə qətlə yetirildiyi, onların arasında 106 qadının, 63 uşağın, 70 ahıl şəxsin olduğu, 1275 nəfər azərbaycanlının girov götürüldüyü diqqətə çatdırılıb. Burada yerləşdirilən https://azamn.org vasitəsilə oxuculara Xocalı soyqırımı barədə ətraflı məlumat verilir.
Xocalı faciəsinin geniş oxucu kütləsinə çatdırılması məqsədilə yerli sakinlərə qəzetlər paylanılıb. Məlumat bu nəşrlərin elektron versiyalarında da yerləşdirilib.
Qeyd edək ki, bu təşəbbüs Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və ABŞ-ın Minnesota ştatında fəaliyyət göstərən Amerika Azərbaycan Minnesota Assosiasiyasının rəhbəri Günel Krişnanın təşkilatçılığı ilə həyata keçirilib.]]>
admin Thu, 23 Feb 2023 10:38:52 +0400
Zəlzələdən 261 saat sonra növbəti möcüzə yaşandı http://via.az/gundem/24956-zlzldn-261-saat-sonra-nvbti-mcz-yaand.html http://via.az/gundem/24956-zlzldn-261-saat-sonra-nvbti-mcz-yaand.html Zəlzələdən 261 saat sonra növbəti möcüzə yaşandı
Türkiyədə zəlzələdən ziyan çəkən bölgələrdə axtarış-xilasetmə işləri davam etdirilir.

Növbəti sevindirici xəbər Hatay vilayətinin mərkəzi Antakya şəhərindən gəlib.

Xilasedicilər 261 saat sonra daha iki nəfəri sağ çıxara biliblər.

Belə ki, 26 yaşlı Mehmet Ali Şakiroğlu və 33 yaşlı Mustafa Avcı dağıntılar altından sağ çıxarılaraq həkim qruplarına təhvil veriliblər.]]>
admin Fri, 17 Feb 2023 10:44:28 +0400
Helsinki Azərbaycan Evində 20 Yanvar şəhidləri anılıb - FOTO http://via.az/gundem/24850-helsinki-azrbaycan-evind-20-yanvar-hidlri-anlb-foto.html http://via.az/gundem/24850-helsinki-azrbaycan-evind-20-yanvar-hidlri-anlb-foto.html Helsinki Azərbaycan Evində 20 Yanvar şəhidləri anılıb - FOTO
Helsinki Azərbaycan Evində 20 Yanvar şəhidləri anılıb - FOTO
Helsinki Azərbaycan Evində 20 Yanvar şəhidləri anılıb - FOTO

Finlandiyanın paytaxtı Helsinkidə fəaliyyət göstərən Azərbaycan Evində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.


20 Yanvar şəhidlərinin əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlayan tədbirdə soydaşlarımız və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Evinin rəhbəri, “Azər-Türk” Gənclər Təşkilatının sədri, Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının Finlandiyadakı əlaqələndiricisi Ülviyyə Cabbarova bildirib ki, başda Mixail Qorbaçov olmaqla sovet rejiminin hərbi-siyasi rəhbərliyi 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda dinc sakinlərə qarşı xüsusi qəddarlıqla hərbi cinayət törədib. Faciənin ertəsi günü - yanvarın 21-də dahi şəxsiyyət Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək xalqla birgə olduğunu bəyan etdiyini, Bakıdakı terror aktına rəvac verən Qorbaçovu, hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar adlandırdığını, Azərbaycanda hakimiyyətə qayıdışından sonra isə məhz onun təşəbbüsü ilə bu cinayətə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildiyini, bu qanlı qırğının Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını və iradəsini qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və cinayət kimi qiymətləndirildiyini xatırladıb. Qeyd edib ki, qalib xalqımız və dünya azərbaycanlıları milli azadlıq mücadiləsi yolunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin qəhrəmanlığını heç bir zaman unutmayacaqlar.

Sonra 20 Yanvar faciəsini əks etdirən sənədli film nümayiş etdirilib. Tədbir çərçivəsində “20 Yanvar… Unutmadıq!” adlı anım guşəsi təşkil edilib.]]>
admin Thu, 19 Jan 2023 11:09:01 +0400
Rotterdamda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib http://via.az/gundem/24849-rotterdamda-20-yanvar-hidlrinin-xatirsi-yad-edilib.html http://via.az/gundem/24849-rotterdamda-20-yanvar-hidlrinin-xatirsi-yad-edilib.html Rotterdamda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
Rotterdamda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib


Niderland Krallığının Rotterdam şəhərində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.



Modern.az xəbər verir ki, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşkilatçılığı ilə “Qarabağ” idman klubunun ofisində baş tutan tədbirdə öncə 20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad edilib.



Tədbiri giriş sözü ilə açan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı ən qəddar hərbi cinayətlərdən biri baş verib. Mixail Qorbaçovun başçılığı ilə sovet rejimi Qarabağ münaqişəsinin ədalətli həllini və Azərbaycanın müstəqilliyini tələb edən dinc əhalidən qisas almaq məqsədilə Bakıda əsl qətliam törədib, Gəncə şəhərində və digər regionlarda mülki insanların ölümünə səbəb olan cinayətlərə yol verib.



Tədbirdə BAK-ın sədr müavini Sima Cəfərova, BAK-ın Cənubi Azərbaycan üzrə nümayəndəsi Araz Ataxan, diaspor fəlları Zərifə Süleymanova, Oqtay Tatlızadə, Əli Toptaş və başqaları çıxış ediblər. Bildirilib ki, həmin gecə milli mənafelərin müdafiəsi naminə canlarından keçmiş Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinin yeni parlaq səhifəsini yazıblar. Qanlı cinayətin xalqımızın milli azadlıq mübarizəsini dayandıra bilmədiyi, Azərbaycanın dövlət müstəqilliyini bərpa etdiyi, 20 Yanvar şəhidlərinin qəhrəmanlığının hər zaman azərbaycanlı gənclər üçün örnək olduğu vurğulanıb.



Qeyd edilib ki, artıq iki ildir müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə qəhrəman ordumuz torpaqlarımızı erməni işğalından azad edib, Qarabağda yenidən Azərbaycanın dövlət bayrağının ucaldılmasına nail olub.]]>
admin Thu, 19 Jan 2023 11:05:23 +0400
Azərbaycanın Dostları Assosiasiyasının prezidenti Fransa Milli Assambleyasını bədnam qətnaməni qəbul etməməyə çağırıb http://via.az/gundem/24621-azrbaycann-dostlar-assosiasiyasnn-prezidenti-fransa-milli-assambleyasn-bdnam-qtnamni-qbul-etmmy-arb.html http://via.az/gundem/24621-azrbaycann-dostlar-assosiasiyasnn-prezidenti-fransa-milli-assambleyasn-bdnam-qtnamni-qbul-etmmy-arb.html Fransada fəaliyyət göstərən Azərbaycanın Dostları Assambleyasının (ADA) prezidenti Jerom Lamber Fransa Milli Assambleyasının 577 üzvünə müraciət edib.

Müraciətdə 28 noyabr 2022-ci il tarixində Fransa Milli Assambleyasında Azərbaycana qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qətnamənin müzakirəyə çıxarılmasına etiraz edilib.

J.Lamber öz mövqeyini məlum qətnaməni hazırlayanların Ermənistanla Azərbaycan arasında mövcud vəziyyətdən tamamilə xəbərsiz olmaları və beynəlxalq hüquq normaları ilə əsaslandırıb.

Nəzərə çatdırıb ki, məhz Ermənistan 1990-cı illərin əvvəllərində Azərbaycanın böyük bir hissəsini (ərazisinin 20%-ə yaxını) zor gücü ilə işğal edib. Beynəlxalq hüquqa zidd olan bu qəsbkarlıq BMT-də dəfələrlə müzakirə edilib və pislənilib. BMT Təhlükəsizlik Şurasının üzvü olan Fransa da erməni işğalını pisləyən bütün qətnamələrə səs verib.

Azərbaycanın öz ərazi bütövlüyünü müdafiə etmək hüququndan istifadə etməklə iki il əvvəl Ermənistanın işğalına son qoyduğuna və bundan sonra bölgədə vəziyyətin əsasən sabitləşdiyinə diqqət cəlb edilib.

Beynəlxalq qurumların öz ərazilərini azad edən Azərbaycanın ünvanına heç bir qınaq səsləndirmədiyini vurğulayan J.Lamber xatırladıb ki, Prezident Emmanuel Makron özü son aylarda Fransanın Azərbaycanın 1991-ci ildəki dövlət sərhədlərini – Ermənistan silahlı qüvvələrinin işğalından əvvəlki beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərini qəbul etdiyini bir neçə dəfə etiraf edib. “Bundan daha aydın mövqe ola bilməz”, - deyə o əlavə edib.

J.Lamber qeyd edib ki, 2020-ci ilin noyabrında üçtərəfli sazişin imzalanmasından bəri Azərbaycan qonşusu ilə dayanıqlı sülhü bərqərar etmək istəyir, lakin məhz Ermənistan iki xalq arasında münasibətləri sabitləşdirməyə gətirib çıxaracaq dinc danışıqların qarşısını alır.

ADA prezidenti bildirib ki, mövcud vəziyyəti qiymətləndirə bilməyən Ermənistandakı qatı millətçi çevrələr vaxtaşırı təxribatlar törədir, Ermənistan, Azərbaycan və Rusiya arasında əldə olunmuş üçtərəfli razılaşmaları şübhə altına almağa çalışır. Halbuki üçtərəfli bəyannamələrə zidd olaraq Azərbaycan ərazilərində minaların yerləşdirilməsinə cəhdlərin davam etdirilməsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasından, regionda kommunikasiya və nəqliyyat yollarının açılması prosesindən imtina olunması qəbuledilməzdir.

Ermənistandakı ifrat millətçilərin bənzərlərinin erməni diasporunda mövcud olduğunu vurğulayan ADA prezidenti həmin qüvvələrin bir neçə senatoru beynəlxalq hüquq, dayanıqlı sülhün axtarışı, eləcə də Fransanın bütün xalqlarla yaxşı münasibətlər saxlaması baxımından tamamilə yersiz bu təşəbbüslə çıxış etməyə inandırmaq üçün yol tapdıqlarını məyusluqla diqqətə çatdırıb.

“Təəssüf ki, milli ərazimizdə mövcud olan erməni əsilli nüfuzlu fransız icmasının bəzi nümayəndələri arasında “qisas” arzusu həqiqətən də mövcuddur. Məhz erməni diasporundakı ekstremistlərin yaratdığı manevrlərə görə Ermənistan, Fransa və Avropa İttifaqı özlərini iştirakçı kimi qələmə vermək hüququnu itiriblər”, - deyə J.Lamber acı faktı konstatasiya edib.

Bütün əngəllərə baxmayaraq, Azərbaycanla Ermənistan arasında dinc danışıqların irəlilədiyinə diqqəti cəlb edən ADA prezidenti xatırladıb ki, bu yaxınlarda Praqa və Soçidə iki dövlətin liderləri bir-birinin ölkəsinin süverenliyini və ərazi bütövlüyünü tanıyan bəyannamələrlə çıxış ediblər.

“Bu o deməkdir ki, sizə təqdim olunan “qətnamə” mövcud vəziyyəti əks etdirməkdən uzaqdır. Qətnamənin qəbulu, hətta Fransanın diplomatik mövqeyini əks etdirməsə belə, ölkəmizi bu ərazilərin, onların tarixinin və ən yaxşı münasibətləri nizama salmağa çağırdığımız bu xalqların mürəkkəb reallıqlarından bir az da təcrid edə bilər. Halbuki biz Avropanın sərhədlərində və bir çox sivilizasiyaların kəsişməsində yerləşən bu regionda mövcud olmağa və müəyyən təsirə imkan verən ən yaxşı münasibətləri dəstəkləməliyik”, - deyə J.Lamber nəzərə çatdırıb.

Sonda J.Lamber parlament üzvlərini reallığı və mövcud vəziyyəti əks etdirməyən retrograd qətnamənin əleyhinə səs verməyə çağırıb. “Fransa sülh üçün çalışmalı, onun parlament nümayəndələri icmalar arasında problem yaratmamalıdır”.

Xatırladaq ki, noyabrın 15-də Fransa parlamentinin yuxarı palatası olan Senat Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan bədnam qətnamə qəbul edib. Noyabrın 28-də isə bu qətnamə Fransa parlamentinin aşağı palatası olan Milli Assambleyada müzakirəyə çıxarılacaq.
















]]>
admin Fri, 25 Nov 2022 20:29:41 +0400
Fransa paytaxtında “Qarabağ incilərinin Avropa sədası” adlı geyim kolleksiyası təqdim edilib http://via.az/gundem/24542-fransa-paytaxtnda-qaraba-incilrinin-avropa-sdas-adl-geyim-kolleksiyas-tqdim-edilib.html http://via.az/gundem/24542-fransa-paytaxtnda-qaraba-incilrinin-avropa-sdas-adl-geyim-kolleksiyas-tqdim-edilib.html Fransa paytaxtında “Qarabağ incilərinin Avropa sədası” adlı geyim kolleksiyası təqdim edilib
Fransa paytaxtında “Qarabağ incilərinin Avropa sədası” adlı geyim kolleksiyası təqdim edilib
Fransa paytaxtında “Qarabağ incilərinin Avropa sədası” adlı geyim kolleksiyası təqdim edilib
Fransa paytaxtında “Qarabağ incilərinin Avropa sədası” adlı geyim kolleksiyası təqdim edilib
Fransa paytaxtında “Qarabağ incilərinin Avropa sədası” adlı geyim kolleksiyası təqdim edilib

Paris şəhərində “Qarabağ incilərinin Avropa sədası” adlı geyim kolleksiyasının sərgisi keçirilib.

“Şuşa İli” çərçivəsində gerçəkləşdirilən tədbir Fransada Azərbaycanın Dostları Assosiasiyasının və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyi, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Bakı Tekstil Fabriki və K.Fabuel Moda Evinin dəstəyi ilə baş tutub.

Tədbirdə Parisdəki diplomatik korpusun, yerli ictimaiyyətin və medianın nümayəndələri və digər şəxslər iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Fransadakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri və müvəqqəti işlər vəkili Nigar Huseynova bu ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Şuşa İli” elan olunduğunu xatırladaraq, tədbirin hər bir azərbaycanlı üçün çox vacib olan mövzuya həsr olunduğunu bildirib. Şuşa şəhərinin tarixi, bu torpaqda doğulan dahi tarixi şəxsiyyətlər haqqında qonaqlara məlumat verən diplomat Qarabağın 28 il ərzində qanunsuz işğal altında olduğunu, azad edildikdən sonra Azərbaycan dövlətinin bu bölgədə, habelə Şuşada geniş yenidənqurma işlərinə başladığını və şəhərin tarixinin özünə qaytarılması üçün önəmli tədbirlər həyata keçirildiyini nəzərə çatdırıb.

Fransada Azərbaycanın Dostları Assosiasiyasının (ADA) prezidenti, Fransa Parlamentinin sabiq üzvü Jerom Lamber Qarabağ bölgəsinin Azərbaycan xalqı üçün dəyərli olduğuna diqqəti cəlb edib. Bölgədə ədalət və beynəlxalq hüquq əsasında qurulan daimi sülhün bərqərar olmasının bu günün ən vacib və təxirəsalınmaz məsələsinə çevrildiyini xüsusi vurğulayıb, Azərbaycanın həqiqətlərinin Fransa ictimaiyyətinə çatdırılması üçün ADA-nın səylərini davam etdirəcəyini söyləyib.

Tədbirdə çıxış edən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) İdarə Heyətinin sədri Səkinə Babayeva Qarabağ kolleksiyası haqqında məlumat verib. Kolleksiyaya aid 15 geyimin hər birinin Qarabağın bir guşəsinin - Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ağdam, Ağdərə, Cəbrayıl, Laçın, Füzuli, Xocavənd, Zəngilan, Qubadlının özəl geyim elementlərini özündə əks etdirdiyini qeyd edib.
]]>
admin Wed, 09 Nov 2022 18:45:26 +0400
Bazeldə keçirilən film festivalında Azərbaycan filmi nümayiş etdirilib http://via.az/gundem/24474-bazeld-keiriln-film-festivalnda-azrbaycan-filmi-nmayi-etdirilib.html http://via.az/gundem/24474-bazeld-keiriln-film-festivalnda-azrbaycan-filmi-nmayi-etdirilib.html Bazeldə keçirilən film festivalında Azərbaycan filmi nümayiş etdirilib
Bazeldə keçirilən film festivalında Azərbaycan filmi nümayiş etdirilib
Bazeldə keçirilən film festivalında Azərbaycan filmi nümayiş etdirilib

İsveçrənin Bazel şəhərində keçirilən XVI “Cinema Querfeld” film festivalında azərbaycanlı rejissor İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filmi təqdim olunub.

“Azərbaycanın Dostları” Virliyinin təşkilatçılığı ilə nümayiş etdirilən ekran əsəri isveçrəli izləyicilərdə maraq doğurub. Birlik filmin alman dilində altyazısını xüsusi olaraq bu festival üçün hazırlayıb.

Qeyd edək ki, diaspor təşkilatları və isveçrəlilərin birlikdə hazırlandığı “Cinema Querfeld” festivalında filmlər çəkildiyi dildə və almanca altyazılarla tamaşaçılara təqdim edilir.

Filmin təqdimatı çərçivəsində İsveçrədə yaşayan tanınmış rəqqasə Mariya Xan Xoyskaya “Sarı gəlin" Azərbaycan xalq mahnısını ifa edib. Onu isveçrəli musiqiçi Yvette Baum müşayiət edib.

“Azərbaycanın Dostları” Birliyinin sədri Arzu Əliyeva Bodmer bildirib ki, rəhbərlik etdiyi təşkilat 2014-cü ildən etibarən  hər il bu festivalda iştirak edir və Azərbaycan filmlərini isveçrəlilərə təqdim etməkdən qürur duyur. 

Tədbir çərçivəsində Azərbaycanın milli mətbəx nümunələri də nümayiş etdirilib.]]>
admin Thu, 27 Oct 2022 21:23:23 +0400
Brüsseldə Ermənistanın hərbi cinayətlərinə qarşı etiraz aksiyası keçirilib http://via.az/gundem/24445-brsseld-ermnistann-hrbi-cinaytlrin-qar-etiraz-aksiyas-keirilib.html http://via.az/gundem/24445-brsseld-ermnistann-hrbi-cinaytlrin-qar-etiraz-aksiyas-keirilib.html Brüsseldə Ermənistanın hərbi cinayətlərinə qarşı etiraz aksiyası keçirilib
Brüsseldə Ermənistanın hərbi cinayətlərinə qarşı etiraz aksiyası keçirilib
Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahı önündə Ermənistanın müharibə cinayətlərinə birdəfəlik son qoyulması tələbi ilə dinc aksiya keçirilib.

Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə baş tutan aksiyada Ermənistanın hərbi cinayətlərinə, o cümlədən Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlığa, iki il öncə Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə qarşı törədilmiş raket hücumlarına diqqət cəlb edilib.

Aksiyada nümayiş etdirilən fotomateriallar “Azərbaycan bütün universal dəyərlərə hörmət edir!”, “Ermənistan silahlı qüvvələri təkcə Azərbaycan hərbi qulluqçularına qarşı deyil, həm də mülki vətəndaşlarımıza qarşı misli görünməmiş qırğınlar törədib”, “Çoxsaylı müharibə cinayətlərinə görə məsuliyyət daşıyan erməni silahlı qüvvələrinin qanun qarşısında cavab verməsini tələb edirik!”, “Beynəlxalq təşkilatları müharibə cinayətləri törədən erməniləri qınamağa çağırırıq!”, “Ermənistanın təcavüzünü dayandırın!” kimi şüar və çağırışlarla müşayiət olunub.

Qeyd edək ki, aksiyada Belçika Azərbaycanlıları Federasiyası, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Benilüks Azərbaycanlıları Konqresinin nümayəndələri, Belçika və Niderlandda yaşayan Azərbaycan icmasının fəalları iştirak ediblər. Aksiyada məqsəd oktyabrın 20-21-də Brüsseldə toplaşan Avropa İttifaqı ölkələrinin liderlərinin diqqətini Ermənistanın müharibə cinayətlərinə cəlb etmək olub.]]>
admin Sat, 22 Oct 2022 16:40:42 +0400
Brüsseldə Ermənistanın hərbi cinayətlərinə qarşı etiraz aksiyası keçirilib http://via.az/gundem/24444-brsseld-ermnistann-hrbi-cinaytlrin-qar-etiraz-aksiyas-keirilib.html http://via.az/gundem/24444-brsseld-ermnistann-hrbi-cinaytlrin-qar-etiraz-aksiyas-keirilib.html Brüsseldə Ermənistanın hərbi cinayətlərinə qarşı etiraz aksiyası keçirilib
Brüsseldə Ermənistanın hərbi cinayətlərinə qarşı etiraz aksiyası keçirilib
Avropa İttifaqının Brüsseldəki mənzil-qərargahı önündə Ermənistanın müharibə cinayətlərinə birdəfəlik son qoyulması tələbi ilə dinc aksiya keçirilib.

Belçika Azərbaycanlıları Federasiyasının təşkilatçılığı ilə baş tutan aksiyada Ermənistanın hərbi cinayətlərinə, o cümlədən Xocavənd rayonunun Edilli kəndində aşkarlanan kütləvi məzarlığa, iki il öncə Azərbaycanın Gəncə, Naftalan, Bərdə, Tərtər, Mingəçevir və digər şəhərlərinə qarşı törədilmiş raket hücumlarına diqqət cəlb edilib.

Aksiyada nümayiş etdirilən fotomateriallar “Azərbaycan bütün universal dəyərlərə hörmət edir!”, “Ermənistan silahlı qüvvələri təkcə Azərbaycan hərbi qulluqçularına qarşı deyil, həm də mülki vətəndaşlarımıza qarşı misli görünməmiş qırğınlar törədib”, “Çoxsaylı müharibə cinayətlərinə görə məsuliyyət daşıyan erməni silahlı qüvvələrinin qanun qarşısında cavab verməsini tələb edirik!”, “Beynəlxalq təşkilatları müharibə cinayətləri törədən erməniləri qınamağa çağırırıq!”, “Ermənistanın təcavüzünü dayandırın!” kimi şüar və çağırışlarla müşayiət olunub.

Qeyd edək ki, aksiyada Belçika Azərbaycanlıları Federasiyası, “Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyi, Benilüks Azərbaycanlıları Konqresinin nümayəndələri, Belçika və Niderlandda yaşayan Azərbaycan icmasının fəalları iştirak ediblər. Aksiyada məqsəd oktyabrın 20-21-də Brüsseldə toplaşan Avropa İttifaqı ölkələrinin liderlərinin diqqətini Ermənistanın müharibə cinayətlərinə cəlb etmək olub.]]>
admin Sat, 22 Oct 2022 16:40:38 +0400